Milli Məclisdə Fransa Milli Assambleyasının nümayəndə heyəti ilə görüş keçirilib
14:19 12.11.2020
Arxiv
485
Noyabrın 12-də Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan Fransa Milli Assambleyasının nümayəndə heyəti ilə görüşüblər.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, görüşdə işçi qrupunun rəhbəri Soltan Məmmədov qeyd edib ki, Milli Məclisdə Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu 1997-ci ildən fəaliyyət göstərir. 2010-2017-ci illərdə bu qrupa hazırda Azərbaycanın I vitse-prezidenti olan Mehriban xanım Əliyeva başçılıq edib. Heydər Əliyev Fondunun xətti ilə Fransada bir sıra mühüm layihələr həyata keçirilib. VI çağırış Milli Məclisdə Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupuna 20 deputat daxildir.
Soltan Məmmədov daha sonra Azərbaycanın Vətən müharibəsi haqqında qonaqlara məlumat verib.
S. Məmmədov təəssüflə bildirib ki, həmin günlərdə ATƏT-in Minsk qrupunun üç həmsədrindən biri olan Fransa neytrallığını qoruya bilməyib və birtərəfli mövqe ifadə edib. Bu da Azərbaycan cəmiyyətində böyük narazılıq doğurub.
İşçi qrupun rəhbəri erməni silahlı qüvvələrinin Gəncə, Bərdə, Tərtər və digər bölgələrimizdəki dinc yaşayış məntəqələrinə, mülki şəxslərə qarşı törətdiyi hərbi cinayətlər barədə konkret faktları qonaqların diqqətinə çatdırıb.
Görüşdə çıxış edən Fransa Milli Assambleyasında Azərbaycanla dostluq qrupunun vitse-prezidenti Jerom Lamber həmin günlərdə Azərbaycan həqiqətlərini dünyada yaymaq istiqamətində və Fransadakı erməni diasporuna qarşı apardıqları informasiya və təbliğati işlər barədə danışıb. O, mətbuatda və sosial mediada yaydığı bir sıra məqalələrlə bağlı ermənilərdən 20 mindən çox mənfi reaksiya, hətta təhdid dolu mesajlar aldığını bildirib.
Sonra görüşdə Fransa Milli Assambleyasında Azərbaycanla dostluq qrupunun vitse-prezidenti Mişel Viale fikirlərini bölüşüb, bəzi həmkarlarının laqeyd və ya birtərəfli mövqeyinə görə təəssüflərini ifadə edib. Vurğulayıb ki, dostluq qruplarının vəzifəsi belə hallarda öz münasibətini bildirməkdir. Mişel Viale 10 noyabrın Azərbaycan tarixində mühüm hadisə olduğunu söyləyib.
Görüşdə qeyd olunub ki, fransız deputatların Gəncəyə və Bərdəyə nəzərdə tutulmuş səfərləri baş vermiş hadisələri yerindəcə öz gözləri ilə görüb obyektiv gerçəkliklə tanış olmağa imkan verəcək.
Söhbət zamanı parlamentlərarası əlaqələrin, dostluq qruplarının əməkdaşlığının daha da möhkəmlənməsi istiqamətində ətraflı fikir mübadiləsi aparılıb.
Görüşdə Fransa Milli Assambleyasında Azərbaycanla dostluq qrupunun katibi Jan-Lük Reitser, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, işçi qrupun üzvlərindən Sevinc Fətəliyeva, Kamal Cəfərov və Tural Gəncəliyev iştirak ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
07:57 27.09.2026
Sağlamlıq
Ancelina Coli evini 24,75 milyon dollara satdı
06:09 27.09.2026
Şou
Əraqçi: İran Hörmüz boğazı ilə bağlı şərtlərini dəyişməyəcək
04:23 27.09.2026
Dünya
Rumıniyada üç siyasətçi dövlətə xəyanətdə ittiham olunub
04:00 27.09.2026
Dünya
İstanbulda şəhidlər yad ediliblər
03:54 27.09.2026
Cəmiyyət
ABŞ-dan qayıdan Pezeşkiandan ilk açıqlama
03:35 27.09.2026
Gündəm
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
03:11 27.09.2026
Hadisə
Şəkər xəstələrində ürəyi gücləndirən ədviyyat
02:40 27.09.2026
Sağlamlıq
Tramp Ukrayna münaqişəsinin həlli üzərində işlədiyini bildirib
02:11 27.09.2026
Dünya
Azərbaycanın XİN 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
01:37 27.09.2026
Gündəm
Müctəba Xamenei xəstəxananın dağıntıları altından çıxarılıb
01:17 27.09.2026
Dünya
Hər şeyə çatdırırsan… Özünə isə gecikirsən
00:31 27.09.2026
Cəmiyyət
Çin İrana hücum etmək üçün kömək edibmiş
23:07 26.09.2026
Dünya
Hindistanın ən zəngin ştatında quraqlıq həyəcanı
22:54 26.09.2026
Ekologiya