Milli Məclisin növbəti iclası nə vaxt keçiriləcək?

Milli Məclisin yaz sessiyasının sonuncu iclası mayın 31-də keçiriləcək.
Bu barədə Oxu.Az-a parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
İclasın gündəliyinə 11 məsələ daxil edilib.
Qeyd edək ki, mayın 31-dən sonra parlamentin növbədənkənar iclasları keçiriləcək.