MİQ üzrə müsabiqənin test imtahanı mərhələsi BAŞA ÇATDI
08:28 09.09.2020
Arxiv
584
Cari ilin 14 avqust - 8 sentyabr tarixlərində müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi keçirilib.
Təhsil Nazirliyindən "Sherg.az"a verilən məlumata görə, Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Şirvan, Kürdəmir, Ağdaş, Mingəçevir, Bərdə, Ağcabədi, Quba, Şamaxı, Balakən, İsmayıllı, Ağstafa və Tovuz daxil olmaqla, ümumilikdə 17 regionda yerləşən 32 mərkəzdə 19 fənn üzrə keçirilmiş işə qəbul imtahanlarında 38705 namizəd iştirak edib.
Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla, ümumilikdə 60 sual təqdim edilib. İmtahan keçirilən bütün regional mərkəzlərdə bu müddət başa çatdıqdan sonra namizədlərə 10 dəqiqə ərzində səhv cavablandırdığı sualları görmək imkanı yaradılıb.
İmtahanlarda ən yüksək nəticəni (60 bal) riyaziyyat fənni üzrə Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunu Günel Kərimova, musiqi fənni üzrə Gəncə Dövlət Universitetinin məzunu Rəna Hüseynova, Azərbaycan dili və ədəbiyyat fənni üzrə Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunu Leyla Ağayeva, ibtidai sinif müəllimliyi üzrə Bakı Qızlar Universitetinin məzunu Leyla Ağayeva əldə edib.
Avqustun 24-dən etibarən namizədlərə şəxsi səhifələrinə daxil olaraq apellyasiya müraciəti etmək imkanı yaradılıb.
Hazırda müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsi davam edir. Test imtahanlarında 10 fənn üzrə müvafiq keçid balı toplamış namizədlər 9 sentyabr saat 23:59-dək elektron ərizələrində 8 vakant yer seçə bilərlər. Digər fənlər üzrə işə qəbul imtahanlarında iştirak etmiş namizədlər üçün keçiriləcək vakansiya seçiminin tarixi barədə yaxın günlərdə məlumat veriləcək.
Qeyd edək ki, müsabiqədə iştirak etmək üçün 53 880 namizəd elektron qeydiyyatdan keçib, onlardan 51 227 namizəd elektron ərizəsini təsdiq edib. Elektron ərizələr yoxlanıldıqdan sonra 46 252 namizədin ərizəsi qəbul edilib. Müsabiqənin test mərhələsində 46 228 namizəd iştirak hüququ qazanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Konqoda Eboladan ölənlərin sayı 500-ü ötdü
20:02 06.07.2026
Dünya
Rutte: Rusiya Ukraynaya qarşı müharibədə qalib gələ bilməyəcək
19:59 06.07.2026
Siyasət
Tramp: İranın nüvə silahı olmayacaq
19:54 06.07.2026
Siyasət
Tramp: Rusiya-Ukrayna sülhü yaxındır
19:50 06.07.2026
Siyasət
Tramp: Ağ Evin Cənubunda helikopter meydançası tikilir
19:40 06.07.2026
Dünya
“Qəbələ” heyətini yeni futbolçu ilə gücləndirib
19:37 06.07.2026
Futbol
YAP-ın İdarə Heyətinin növbəti iclası keçirilib.
19:25 06.07.2026
Ölkə
Səudiyyə Ərəbistanı neftin qiymətini endirdi
19:10 06.07.2026
İqtisadiyyat
Cəlilabadda heyvanlar kütləvi qırılır
19:02 06.07.2026
Hadisə
Tramp FİFA-ya zəng etdi
18:53 06.07.2026
Futbol
FHN küləklə əlaqədar çimərliklərə gedənlərə müraciət edib
18:51 06.07.2026
Ölkə
Quran siyasət kitabı deyil- DİNŞÜNAS
18:46 06.07.2026
Siyasət
Valideynlər uşaqlara nümunə olmalıdır - Psixoloqdan XƏBƏRDARLIQ
18:21 06.07.2026
Cəmiyyət
Sarkisyanın əmlakı müsadirə edildi
17:43 06.07.2026
Region