Misir portalı: “Ermənistan Azərbaycana vurduğu maddi zərərə görə hüquqi məsuliyyət daşıyır”
12:03 04.01.2021
Arxiv
337
Misirin “Aldiplomasy” informasiya portalında Azərbaycan torpaqlarını 30 il işğal altında saxlayan və bu ərazilərdə mülki obyektləri, infrastrukturu və tarixi-mədəni abidələri dağıdan Ermənistanın hüquqi məsuliyyətinə dair məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun torpaqlarını işğaldan azad edərək təcavüzkar dövləti cəzalandırdığı diqqətə çatdırılır. Vurğulanır ki, uzun illər Azərbaycanın təbii sərvətlərini talayan, yaşayış məntəqələrini və infrastruktur obyektlərini dağıdan, məscidləri təhqir edən Ermənistan bu əməllərinə görə hüquqi məsuliyyət də daşıyacaq. Qeyd olunur ki, 30 il işğal altında qalmış Azərbaycan ərazilərində 155 faydalı qazıntı yatağı, o cümlədən Zəngilan və Kəlbəcərdə qızıl mədənləri ermənilər tərəfindən qanunsuz olaraq istismar edilib. Təxmini hesablamalar göstərir ki, Ermənistan işğal etdiyi hər bir Azərbaycan rayonuna 6-8 milyard dollar ziyan vurub. Ümumi zərər isə yüz milyardlarla ölçülür.
Məqalədə bildirilir ki, Birinci və İkinci Dünya müharibələrindən, habelə Körfəz müharibəsindən sonra vurulmuş zərərin təzminatla ödənilməsi təcrübəsi mövcuddur və Azərbaycan hökuməti də bunları əsas tutaraq beynəlxalq məhkəməyə müraciət edəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-də təyyarə qəzası: 5 nəfər həyatını itirib
18:58 01.05.2026
Dünya
Diplomatik korpusun nümayəndələri Şuşa qalasını ziyarət ediblər
18:53 01.05.2026
Siyasət
Prezidentin köməkçisi: BQXK-nın bu işini qənaətbəxş hesab etmirik
18:33 01.05.2026
Siyasət
Ombudsman Aparatı təhsil müəssisələrində monitorinqlər keçirdi
18:27 01.05.2026
Ölkə
Karapetyan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa qarşı çıxdı
17:47 01.05.2026
Gündəm
DİM: 6 nəfər imtahandan xaric olunub
17:42 01.05.2026
Elm və Təhsil
Buraxılış imtahanının nəticələri elan olundu
17:40 01.05.2026
Elm və Təhsil
Zelenski: Ukrayna Rusiyanın neft infrastrukturunu darmadağın edir
17:12 01.05.2026
Dünya
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm