Mithat Aydın: Türkiyənin hər guşəsində olduğu kimi, Dənizlidə də hamının ürəyi Azərbaycanla döyünür
14:36 28.10.2020
Arxiv
659
Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda apardığımız Vətən müharibəsi davam edir. Ötən müddət ərzində bir sıra ölkələr haqq işimizi müdafiə edib, o cümlədən başda Prezident Rəcəb Tayyib Ərdoğan olmaqla qardaş Türkiyənin bütün dövlət rəsmiləri və dövlət qurumları, siyasətçiləri ölkəmizə dəstəklərini bəyan ediblər.
Onu da qeyd edək ki, Türkiyənin qeyri-hökumət təşkilatları sentyabrın 27-də hərbi əməliyyatlar başladığı andan etibarən Azərbaycana tibbi və ərzaq yardımları göstərməkdədirlər. Bu sırada Türkiyə Türk Ocaqları da öz fəallığı ilə seçilir.
Məlumat üçün bildirək ki, oktyabrın 5-də Türkiyə Türk Ocaqlarının sədri, professor Mehmet Öz və Ocağın nümayəndə heyəti Azərbaycanın Türkiyədəki səfirliyində olub. Görüşdə Azərbaycanın haqq davasında Türk Ocaqlarının ölkəmizə hər sahədə dəstəyini davam etdirəcəyi vurğulanıb.
Eyni zamanda, Türk Ocaqları Genel Mərkəzi tərəfindən Azərbaycanda müharibədən zərər çəkənlərə ərzaq və geyim yardımı edilməsi üçün kampaniyaya başlanıb. Azərbaycan Türk Ocağının müraciəti əsasında başlanan kampaniya Türkiyənin bütün şəhərlərində, o cümlədən Dənizli şəhərində də uğurla davam edir. Bu barədə Pamukkale Universitetinin müəllimi, prof.dr Mithat Aydın məlumat verib:
"Genel Mərkəzimizin qərarına əsasən Türk Ocaqları Dənizli şöbəsi olaraq biz də bu kampaniyada fəal şəkildə iştirak edirik. Hazırda öz torpaqlarının Ermənistan işğalından azad edilməsi üçün haqq savaşı aparan can Azərbaycandakı bacı və qardaşlarımız bilsinlər ki, hər zaman onların yanındayıq".
Mithat Aydın bildirib ki, Türkiyənin hər guşəsində olduğu kimi, Dənizlidə də hamının ürəyi Azərbaycanla döyünür: "Azərbaycan Ordusunun qazandığı hər bir qələbə bizi inanılmaz xoşbəxt edir. İnşallah, şanlı Azərbaycan Ordusunun son və həlledici qələbə qazanacağı gün uzaqda deyil".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Harri Keyn Peleni keçdi
02:12 02.07.2026
Futbol
SEPAH-a 100 milyon barrel neft ayıra bilərik - Pezeşkian
01:40 02.07.2026
Dünya
Rütte: Ağ Ev Avropanın İran məsələsindəki mövqeyindən narazıdır
00:50 02.07.2026
Dünya
Venesuelada birhəftəlik matəm elan edildi
23:56 01.07.2026
Dünya
Pezeşkian: İran hökuməti Müctəba Xameneiyə tabedir
23:33 01.07.2026
Region
İqbal Ağazadənin adı ilə Ələşrəfqızını aldatdılar
23:15 01.07.2026
Hadisə
"Qarabağ" Macarıstanın "Ferenstvaroş" klubuna uduzdu
22:40 01.07.2026
Futbol
BMT-nin pulu sentyabr ayında qurtara bilər
22:24 01.07.2026
Dünya
Ərəb dənizində ABŞ helikopteri qəza enişi edib, hərbçi itkin düşüb
22:08 01.07.2026
Dünya
"Reuters": Kot-d"İvuarda daşqınlar nəticəsində 59 nəfər ölüb
21:25 01.07.2026
Dünya
Samuxda yük avtomobili çaya aşdı, ölən var
21:13 01.07.2026
Dünya
İsrail ordusu HƏMAS-ın tağım komandirinin öldürüldüyünü açıqladı
21:07 01.07.2026
Dünya
Türkiyədə 5 kq partlayıcı daşıyan PUA aşkarlanıb
21:00 01.07.2026
Dünya
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə çevirir - TƏHLİL
20:02 01.07.2026
Gündəm