Moskva Gürcüstanla viza rejiminin ləğvinin şərtlərini açıqladı
04:11 19.02.2017
Arxiv
567
Moskva Tiflislə münasibətlərin normallaşmasından məmnun olsa da, vizaların ləğvi barədə yalnız diplomatik münasibətlər bərpa olunduqdan və bölgədə təhlükəsizlik səviyyəsi artıqdan sonra danışmaq mümkün olacaq. APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbər görə, bunu Rusiya XİN rəhbəri Sergey Lavrov deyib.
"Rusiya və Gürcüstan münasibətlərinə gəlincə, bizim nümayəndələriniz Karasin və Abaşidze bu yaxında növbəti dəfə görüşüblər... biz münasibətlərin normallaşmasından məmnunuq, əmtəə dövriyyəsi artmaqdadır... aviadaşımanın coğrafiyası genişlənməkdədir”, - deyə Lavrov Münhen Təhlükəsizlik Konfransı çərçivəsində jurnalistlərə bildirib.
Lavrovun sözlərinə görə, Rusiya və Gürcüstan arasında viza siyasəti əhəmiyyətli dərəcədə liberallaşdırılıb və hazırda Gürcüstan vətəndaşları problemsiz Rusiyaya səfər edə bilir.
"Viza rejiminin ləğvinə gəlincə, bir daha qeyd edim ki, bu kifayət qədər mürəkkəb məsələdir, bu yalnız diplomatik münasibətlərin olmaması ilə bağlı məsələ deyil. Burada, həmçinin təhlükəsizliyin təmin olması zərurəti var. Çünki, nəzərə almaq lazımdır ki, tək Mərkəzi Asiya deyil, Cənubi Qafqaz bölgələri də silahlılar, ekstremistlər, terrorçular və narkotik alverçilərinin fəal istifadə etməyə çalışdığı marşrutlar sırasındadır”, - deyə rusiyalı nazir qeyd edib.
Nazir qeyd edib ki, iki ölkənin hüquq-mühafizə orqanları arasında hərtərəfli əməkdaşlıq bərpa edildikdən sonra, "hər iki tərəfin qeyd olunan riskləri maksimum səviyyədə aradan qaldıra biləcəyi təqdirdə, viza rejiminin daha da yüngülləşdirilməsi barədə danışmaq mümkün olacaq”.
"Lakin diplomatik münasibətlərin olmadığı şəraitdə bu cür əməkdaşlığı bərpa etmək çətindir”, - deyə Lavrov qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Səfir: TRIPP-in inşasına gələn ilin əvvəlində başlanacaq
12:17 02.10.2026
Gündəm
Qaxda 7 kiloqram narkotik vasitə aşkarlandı
11:59 02.10.2026
Hadisə
Türkiyə və Gürcüstan müdafiə nazirləri Şuşada görüşdülər
11:48 02.10.2026
Gündəm
Daha bir məktəbdə 14 şagird zəhərləndi
11:30 02.10.2026
Hadisə
Rzayi Mustafayevin barmaq uclarını niyə sıxdı? - VİDEO
11:29 02.10.2026
Gündəm
Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır
11:25 02.10.2026
Gündəm
Azərbaycanda güclü zəlzələ oldu - Foto
11:22 02.10.2026
Hadisə
Nikzad: Xamenei möcüzə sayəsində xilas oldu
11:10 02.10.2026
Dünya
Peskov: Rusiyaya atəşkəs yox, sülh lazımdır
10:31 02.10.2026
Dünya
Paşinyan Minskdəki iclasa onlayn qatıldı
10:29 02.10.2026
Dünya
Güllü Muradovaya vəzifə verildi
10:25 02.10.2026
Mədəniyyət
Nazirdən ŞOK AÇIQLAMA: 10 minə yaxın müəllim...
10:24 02.10.2026
Elm və Təhsil
Ermənistan Azərbaycanın ardınca getməyə çalışır?
10:22 02.10.2026
Region
Tramp İran rəhbərliyini hədələdi
10:20 02.10.2026
Dünya
Ukrayna ərazisində müstəqil dövlət yaranacaq - Putin
10:15 02.10.2026
Dünya
Hikmət Hacıyev Azərbaycanın İsrail ilə münasibətlərindən danışdı
10:09 02.10.2026
Siyasət