Moskvada koronavirusdan ölənlərin sayı 5 530-a yüksəlib

Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan daha 33 nəfər ölüb.
"Sherg.az" Trend-ə istinadən bildirir ki, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda deyilir: "Bu gün Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 33 xəstə dünyasını dəyişib".

Ümumilikdə Rusiyanın paytaxtında koronavirusa yoluxanların sayı son sutkada 3 323 olmaqla 318 111 nəfərə, xəstəlikdən ölənlərin sayı isə 5 530-a yüksəlib.