Müdafiə Nazirliyindən ordumuzun Kəlbəcərə daxil olduğu istiqamətlərlə bağlı AÇIQLAMA - VİDEO
05:28 25.11.2020
Arxiv
648
“Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin noyabrın 10-da imzaladıqları üçtərəfli Bəyanata əsasən, Azərbaycan ordusunun bölmələri 25 noyabrdan Kəlbəcər ərazisinə daxil olublar.
Bildirim ki, bu tarix əvvəl 15 noyabr göstərilmişdi, amma Ermənistan tərəfinin xahişi, Rusiya tərəfinin vasitəçiliyi ilə bu tarix 10 gün geriyə çəkilib. Bu gün - 25 noyabrdaa, saat 00:00-dan Azərbaycan ordusunun bölmələri Kəlbəcər rayonuna daxil olub”.
Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib.
Onun sözlərinə görə, Azərbaycan ordusunun bölmələri Kəlbəcərə iki istiqamətdə daxil olub:
“Texnikalar Göygöl rayonunun Toğana kəndi və Daşkəsən rayonundan Kəlbəcər rayonuna hərəkət edəcək. Bölmələrimizin hərəkəti davam edir. Müəyyən olunmuş marşrutlar üzrə müəyyən olunmuş məntəqələrə Azərbaycan ordusu çıxacaq və rayonu tam olaraq nəzarətə götürəcək”.
“Noyabrın 25-i, gecə saatlarından mühəndis işləri görülüb. Ərazilər, çətin keçilən dağ yolları minalardan təmizlənib və döyüş, avtomobil texnikalarının və şəxsi heyətin Kəlbəcər istiqamətinə keçidi üçün hər cür rahat şərait yaradılıb.
Kəlbəcərin ərazisi dağlıq ərazidir, hündürlük ərazidir və hündürlük, demək olar ki, 3500 metrdən artıqdır. Bu ağır şəraitdə Azərbaycan ordusunun bölmələri bu əraziyə daxil olaraq, Kəlbəcər ərazisini nəzarətə götürəcək. İlk olaraq bölmələrimiz Azərbaycan-Ermənistan dövlət sərhədinə çıxacaq və yüksəkliklərdəki mövqelər tutulacaq.
Digər istiqamət isə üçtərəfli bəyanatla müəyyən olunmuş ərazi olacaq ki, bu haqda da sonradan məlumat veriləcək”, - deyə MN rəsmisi qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda Milli Sevgililər Günüdür
00:38 30.06.2026
Cəmiyyət
Paşinyanın İsrailin "erməni soyqırımı"nı tanımasına cavabı
00:18 30.06.2026
Cənubi Qafqaz
Livan prezidenti: "Ordumuz İsraillə sərhəddə yerləşdiriləcək"
23:59 29.06.2026
Dünya
DÇ-26: Braziliya 1/8 finala çıxıb
23:21 29.06.2026
Futbol
Məmməd İsmayılın doğma kəndində bürüncdən büstü ucaldılıb
22:45 29.06.2026
Ədəbiyyat
Kadir İnanırın vəsiyyəti açıqlandı
22:19 29.06.2026
Şou
Yapon yeni dollara qarşı son 40 ildə ən aşağı səviyyəyə enib
22:04 29.06.2026
İqtisadiyyat
“Mançester Siti”nin yeni baş məşqçisi bəlli oldu
21:34 29.06.2026
Futbol
Katz: İsrail sabah İranla müharibəyə başlaya bilər
21:17 29.06.2026
Dünya
Sabah bu ərazilərdə qaz olmayacaq
20:46 29.06.2026
Cəmiyyət
“Maykl” filmi qlobal kassada rekord qırdı
20:24 29.06.2026
Şou
Ermənistanda bəzi qüvvələr Rusiyanı ləkələyir - Qaluzin
20:00 29.06.2026
Region
Nazir: Kibertəhlükəsizlik istiqamətləri 58 təşəbbüsü əhatə edir
19:53 29.06.2026
Siyasət
Nağd pul dövrü bitir: Naxçıvan rəqəmsal nəqliyyata keçir
19:36 29.06.2026
Ölkə