Mustafa Şentop azərbaycanlı həmkarı ilə görüşdü
12:47 19.10.2020
Arxiv
486
Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop parlament sədri Sahibə Qafarova ilə görüşüb.
“Anadolu” xəbər verir ki, Azərbaycan Milli Məclisində keçirilən ikitərəfli görüşdən sonra nümayəndə heyətləri arasında görüş olub.
Şentop çıxışında Ermənistanın təcavüzündən sonra bütün vəziyyətlərdə Türkiyənin Azərbaycanın yanında olacağını deyib.
O, TBMM-də dörd siyasi partiyanın ortaq bəyanat yayaraq Ermənistanın hücumlarını qınadığını, Azərbaycana dəstək verdiklərini xatırladıb və bu müddətdə iki ölkənin millət vəkilləri arasında həmrəyliyin daha da artdığını qeyd edib:
“TBMM İnsan Hüquqları Komissiyamız Xarici İşlər Nazirliyimizlə koordinasiyalı olaraq Ermənistanın Azərbaycana hücumlarının səbəb olduğu insan haqları pozuntularını araşdırmaq üçün alt komissiya yaradıb”.
O, təəssüf hissi ilə bildirib ki, bəzən beynəlxalq təşkilatların qanunsuz və məntiqsiz qərarları ilə qarşılaşırıq:
“İşğalçı və təcavüzkar Ermənistana əl altından silah yardımı da daxil olmaqla yardım göstərilir. Ermənistanın iqtisadi vəziyyəti bu silahları alacaq qədər güclü deyil. Bunun işğalçı Ermənistanı mükafatlandırmaq olduğunun fərqindəyik. Bütün dünyaya bu barədə danışmalıyıq”.
Azərbaycan ordularının uğurlarını yaxından izlədiklərini söyləyən Şentop qeyd edib ki, Ermənistan məğlubiyyətə uğradıqca daha da təcavüzkar olur və qabiliyyətsizliyini ört-basdır etmək üçün dinc əhaliyə hücum edir.
Sahibə Qafarova Ermənistanın hücumları, Azərbaycan ordusunun uğurları, bütün insanların bu ədalətli işdə bir yumruq kimi birləşdiklərindən bəhs edib.
O, bu haqlı mübarizədə Azərbaycana göstərdiyi dəstəyə görə Türkiyəyə təşəkkür ünvanlayıb.
Azərbaycan və Türkiyənin ortaq tarixə sahib olduğunu diqqətə çatdıran S.Qafarova qeyd edib:
“Bu keçmiş bizi daha yaxşı gələcək qurmağa çağırır. İki ölkə arasında bu günə qədər 249 müqavilə imzalanıb. 2019-cu ildə ticarət həcmimiz 4,5 milyard dollar olub. Bu ilin ilk 8 ayında pandemiyaya baxmayaraq, ticarət həcmimiz təxminən 3 milyard dollar təşkil edib. Qarşılıqlı investisiyalar 30 milyard dollara çatıb. Bunlar müsbət göstəricilərdir. Ancaq ölkələrimizin potensialı bu göstəricilərdən yüksəkdir. Qarşılıqlı səylər nəticəsində daha yaxşı nəticələr əldə edəcəyik”.
Şentop və onu müşayiət edən parlament nümayəndə heyəti Fəxri Xiyabana gələrək əvvəlcə Ulu öndər Heydər Əliyevin məzarını ziyarət edərək, çələng qoyublar.
Sonra Şentop 20 Yanvar şəhidlərinin dəfn olunduğu Şəhidlər Xiyabanını da ziyarət edərək buradakı Əbədi Məşəlin önünə, sonra Bakı Türk Şəhidləri Qəbiristanlığına gedərək abidə önünə əklil qoyub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hakan Fidan: Ankarada “NATO 3.0” konsepsiyası qəbul ediləcək
22:51 02.07.2026
Gündəm
Netanyahu ilə həyat yoldaşı arasında gərgin anlar kameraya düşüb
22:34 02.07.2026
Gündəm
Avropanın ən hündür vulkanı aktivləşdi
22:18 02.07.2026
Dünya
Rusiya səfirliyə edilən hücumla bağlı İsveç XİN-ə nota göndərib
21:47 02.07.2026
Dünya
Şeyx Xameneinin dəfnində iştirak etməyəcək - Səbəb
21:31 02.07.2026
Cəmiyyət
Belarusdan Rusiya ilə bağlı - Xəbərdarlıq
20:58 02.07.2026
Dünya
SEPAH İrana keçən kürd silahlı qrupunun məhv edildiyini açıqlayıb
20:45 02.07.2026
Region
Ermənistanda 2,4 bal gücündə zəlzələ baş verib
20:33 02.07.2026
Dünya
Niderland Ukraynaya qoşun göndərməyə hazırdır
19:58 02.07.2026
Dünya
Xamenei həyat yoldaşının vida mərasiminə qatılmadı - Müəmma
19:42 02.07.2026
Region
Özbəkistan Prezidenti Gürcüstana səfər edib
19:35 02.07.2026
Gündəm
Azərbaycanda “kağızsız hökumət” modeli qurulur - RƏY
19:19 02.07.2026
Gündəm
Paşinyan Koçaryandan danışıb: Hamısı həbs olunacaq
19:18 02.07.2026
Cənubi Qafqaz