Mustafa Şentop: “Ermənistan müharibə əxlaqına əməl etmədən mülki şəxslərə hücum edir”
11:26 20.10.2020
Arxiv
422
“Gəncə bu müharibənin zərərini ən çox görən, mülki şəxslərlə bağlı itkiləri olan, Azərbaycanın ikinci ən böyük şəhəridir”.
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Gəncədə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sədri Mustafa Şentop deyib.
O bildirib ki, Azərbaycana gəlmişkən, Gəncəni görmədən, Gəncədə baş verənlərə diqqət çəkmədən getmək səhv olardı: “Bu baxımdan AK Parti, CHP, MHP, İYİ Partiyadan millət vəkilləri, İnsan Haqları Komissiyası rəhbəri, Dostluq Qrupu rəhbərimiz, baş katibimiz burdadır. Hamımız bura bu acı səhnəni yerində görmək üçün gəldik. Bura diqqət çəkmək istəyirik. Türkiyə olaraq 1990-cı illərdən etibarən Azərbaycanın yanında yer aldıq, Azərbaycanı işğal olunmuş torpaqlarını azad etməsi üçün daim dəstəkləmişik. Prezident Rəcəb Tayyip Ərdoğanın bütün Azərbaycan xalqına salamları var. Biz dost və qardaş Azərbaycanın haqlı davasını hər zaman, hər şərt altında dəstəkləmişik".
TBMM sədrinin sözlərinə görə, Gəncəyə edilən hücumlar göstərir ki, Azərbaycan haqlıdır, mülki şəxslərə qarşı bombalar atan Ermənistan müharibə cinayəti törədir: "Bu haqlı mübarizəni dəstəkləmək baxımından səsimizi daha da yüksəldərək bütün dünyaya baş verənləri göstərməkdə qərarlıyıq. Qarabağ Azərbaycan torpağıdır. Tarix boyunca belə olub. Bugünkü beynəlxalq hüquqda da Qarabağın Azərbaycan torpağı olduğu, Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi göstərilib. Bu barədə 1993-cü il Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının, Avropa Parlamentinin qərarları var. Bütün dünya Ermənistanı işğalçı kimi tanıyıb. Ermənistan Azərbaycan torpaqlarını şərtsiz olaraq tərk etməyə məcburdur. Bundan başqa, mülki şəxslərə qarşı edilən hücumlar Cenevrə Konvensiyasına görə də müharibə cinayəti sayılır. Müharibənin özünün bir əxlaqı olmalıdır. Müharibədə hərbi hədəflər vurula bilər, mülki şəxslər hədəf alına bilməz. Ermənistan müharibə hüququna və əxlaqına əməl etmədən, namərdcəsinə mülki şəxslərə hücum edir. Bunu bütün dünyanın görməsi lazımdır. Lakin kədərlə qeyd etməliyik ki, bu məsələ ilə yaxından məşğul olan Minsk Qrupunun həmsədr ölkələri də Gəncədəki qətliamı, namərdcəsinə edilən bu hücumu görmür və buna reaksiya vermirlər. Biz bir az da buna vəsilə olarıq deyə bura gəldik. Türkiyə olaraq daim Azərbaycanın yanındayıq. Onun haqlı davasını biz də Azərbaycan qədər müdafiə edirik. İnşallah, tez bir zamanda Azərbaycan ordusu işğal altındakı torpaqlarını azad edəcək. Qarabağ Azərbaycandır. Biz də bunu dəstəkləyirik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Termoslar kor edir? - Xəbərdarlıq
06:54 05.05.2026
Sağlamlıq
Kanyenin qızının ilk albomu!
05:35 05.05.2026
Şou
Bu tarixdə doğulan kişilərdən qaçmalısınız - Məyusluq mənbəyi
05:00 05.05.2026
Maraqlı
Volkan Dəmirəl “Gənclərbirliyi”nin baş məşqçi postundan ayrılıb
04:14 05.05.2026
Futbol
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil