"Mütləq sərt karantin rejiminə keçirilməlidir" - Azərbaycanlı alimdən AÇIQLAMA
11:59 11.11.2020
Arxiv
407
“Elm bildirir ki, may və noyabr koronavirus infeksiyasına ən çox yoluxma baş verdiyi aylardır”.
Bu sözləri Lent.az -a açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev deyib. O bildirib ki, adını çəkdiyi aylar yeni növ koronavirus infeksiyası olan COVID-19-a da aid edilir:
“Amma bu onun növbəti digər aylarda sabitləşməsi demək deyil. Güvənli, amma müvəqqəti stabilləşməni almaq üçün mütləq olaraq ən azı 2-3 həftə sərt karantin rejiminə keçilməli, bundan sonra isə insanlar deyilən bütün qaydalara əməl etməlidir. Təkcə məsafə saxlayıb və maska taxmaq yox, insanlarla ünsiyyət saylarını aşağı salmaq, qapalı məkanlarda görüşləri təxirə salmaq, klaster (topluluq - red.) üsulu ilə yoluxmalara nəzarət və s. bu günə qədər dediyimiz vacib qaydalara əməl etməlidirlər”.
N.Abdullayev qeyd edib ki, ancaq bunlara əməl olunarsa, nəzarəti əldə saxlamaq mümkün ola bilər:
“Əks halda virusla mübarizə çox təhlükəli qazanılmış immunitet strategiyasına qədəm qoyur. Real olaraq bu gün pandemiyanın tam bitməsi barədə nələrsə demək çox çətindir, amma yaxın zamanlarda peyvəndin Avropada, o cümlədən Almaniyada müəyyən formada tətbiqinə başlanacağını nəzərə alsaq, deyə bilərik ki, yəqin, hər şey nəzərdə tutulan kimi olarsa, yay aylarına tam təhlükəsiz peyvəndin olmasını gözləmək olar”.
Azərbaycanlı alim əlavə edib ki, havanın virusun yoluxdurma qabiliyyətinə heç bir təsiri yoxdur:
“Yadınızdadırsa, bir çox insan mart və apreldə yay aylarında istidə virusun yox olacağını deyirdi. Amma elm belə demirdi və biz bir daha gördük ki, elm doğru deyir və yay aylarında Azərbaycanda növbəti dalğa oldu. İndi də qış aylarında havanın təsiri olmasa da, əgər yuxarıda qeyd etdiklərimizə insanlar əməl etməsələr, eyni zamanda insanların maarifləndirilməsi istiqamətində müvafiq qurumlar tərəfindən kifayət qədər işlər aparılmasa, klasterlər izlənilməsə və karantin, eləcə də izolyasiya tədbirləri müasir elmin dediyi kimi olmasa bizləri önümüzdəki aylarda da çox çətin günlər gözləyir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
07:57 27.09.2026
Sağlamlıq
Ancelina Coli evini 24,75 milyon dollara satdı
06:09 27.09.2026
Şou
Əraqçi: İran Hörmüz boğazı ilə bağlı şərtlərini dəyişməyəcək
04:23 27.09.2026
Dünya
Rumıniyada üç siyasətçi dövlətə xəyanətdə ittiham olunub
04:00 27.09.2026
Dünya
İstanbulda şəhidlər yad ediliblər
03:54 27.09.2026
Cəmiyyət
ABŞ-dan qayıdan Pezeşkiandan ilk açıqlama
03:35 27.09.2026
Gündəm
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
03:11 27.09.2026
Hadisə
Şəkər xəstələrində ürəyi gücləndirən ədviyyat
02:40 27.09.2026
Sağlamlıq
Tramp Ukrayna münaqişəsinin həlli üzərində işlədiyini bildirib
02:11 27.09.2026
Dünya
Azərbaycanın XİN 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
01:37 27.09.2026
Gündəm
Müctəba Xamenei xəstəxananın dağıntıları altından çıxarılıb
01:17 27.09.2026
Dünya
Hər şeyə çatdırırsan… Özünə isə gecikirsən
00:31 27.09.2026
Cəmiyyət
Çin İrana hücum etmək üçün kömək edibmiş
23:07 26.09.2026
Dünya