Müxalifət Ermənistanda Rusiyanın ikinci hərbi bazasının yaradılmasını təklif edir
11:53 23.12.2020
Arxiv
456
Ermənistan müxalifəti hesab edir ki, Rusiya Federasiyası ilə yeni bir təhlükəsizlik müqaviləsi imzalanmalıdır.
Bildirilir ki, müqaviləyə ölkənin cənubunda Azərbaycanla həmsərhəd olan Sünik bölgəsində yerləşdiriləcək ikinci hərbi bazanın yaradılması ilə bağlı bənd daxil edilməlidir.
Bu barədə “Maariflənmiş Ermənistan” partiyasının lideri və eyni adlı parlament fraksiyasının rəhbəri Edmon Marukyan “Facebook” səhifəsində yazıb:
“Yeni müqavilədə Sünik bölgəsinin təhlükəsizliyi xüsusi yer tutmalıdır. Bu baxımdan Sünik bölgəsində yeni bir Rusiya hərbi bazasının yerləşdirilməsi ilə əlaqədar təcili danışıqlara başlamağı vacib hesab edirik. Hərbi baza bir tərəfdən Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin təsirli, dinamik fəaliyyətinə dayaq, digər tərəfdən bölgədə uzunmüddətli sülh və təhlükəsizliyin qarantı olacaq”.
Marukyan qeyd edib ki, Gümrüdəki 102-ci Rusiya hərbi bazasının təcrübəsi bu təhlükəsizlik mexanizminin effektivliyinin təminatıdır. Onilliklər boyu bu baza Ermənistan-Türkiyə sərhədinin toxunulmazlığını təmin edib:
“Ermənistanla Rusiya arasındakı yeni müqavilənin potensialını tarixi hadisə kimi qiymətləndiririk. Belə bir sənəd xalqlarımızın çoxəsrlik dostluğunu, ortaq dəyərlərin qorunmasını nümayiş etdirir”.
Hal-hazırda, Ermənistanın Gümrü şəhərində 1995-ci il dövlətlərarası razılaşmaya əsasən 102-ci Rusiya hərbi bazası yerləşdirilib ki, bu da Ermənistan-Türkiyə dövlət sərhədinin təhlükəsizliyini təmin edir. 2010-cu ildə sənədə dəyişikliklər edilib, ona görə hərbi bazanın qalma müddəti ilk 25 ildən 49 ilə, 2044-cü ilə qədər uzadılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat
Ceyhun Bayramov İƏT toplantısında çıxış edib
19:46 24.09.2026
Siyasət
Ağcabədidə qadın əri tərəfindən bıçaqlandı - YENİLƏNİB
19:38 24.09.2026
Hadisə
David Alabanın yeni klubu bəlli oldu
19:30 24.09.2026
Futbol
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
19:23 24.09.2026
Gündəm
Qazaxıstanda matəm elan edildi
19:16 24.09.2026
Dünya
Ceyhun Bayramovla Moldovanın XİN rəhbəri görüşdü
19:02 24.09.2026
Siyasət
Si Cinpin: Çin və ABŞ tarixi məsuliyyət daşıyır
18:55 24.09.2026
Dünya