Muxtar Babayevə yeni müavin təyin edildi - FOTO 

Ekologiya və Təbii Sərvətlər Nazirliyində kadr dəyişikliyi olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, Vüqar Kərimov Ekologiya və Təbii Sərvətlər nazirinin müavini təyin edilib. 
O, bundan əvvəl ETSN-nin Aparat rəhbəri vəzifəsində çalışıb.
Məlumatı qurumun mətbuat katibi İradə İbrahimova Oxu.Az-a təsdiqləyib.