Nazir: "7 mindən çox saxta əlillik təyinatı ləğv edilib"
11:15 15.09.2020
Arxiv
603
Azərbaycanın dövlət büdcəsi üçün illik maliyyə yükü 35 mln. manatdan artıq olan 7 mindən çox saxta əlillik təyinatı ləğv edilib.
APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.
“Ümumilikdə, 7 mindən çox saxta əlillik ləğv edilib və onların illik dövlət büdcəsi üçün maliyyə yükü 35 mln. manatdan artıq idi. Bu, hər il davam edən, təkrarlanan ödənişlərdir. Ümumilikdə, 7 min şəxsə 20 illik dövr ərzində 700 mln. ödəniş həyata keçiriləcəkdi ki, bunun qarşısı alınıb. Saxta əlillik problemi tək Azərbaycanda deyil, ən inkişaf etmiş ölkələrdə belə əlillik təyin edilərkən 10%-ə qədər yanlışlıq olması faktları ilə rastlaşırıq. Ona görə də mütəmadi olaraq müxtəlif meyarlar üzərindən monitorinqlər, qiymətləndirmələr aparılacaq”, - deyə nazir bildirib.
S.Babayev onu da əlavə edib ki, bu yaxınlarda Nazirlik Baş Prokurorluqla birgə daxil olan məlumat əsasında əməliyyat tədbirləri həyata keçirib və maddi maraq müqabilində əlillik təyinatı verməyə çalışan həm xəstəxana, həm də tibbi sosial ekspertiza personalı ilə bağlı ən sərt şəkildə tədbirlər görüldü: “Yəni araşdırmalarımız elektron sistemlər üzərindən aparılır, çünki bu zaman bir çox əlillik növləri var ki, onlar vətəndaşı əmək qabiliyyətsiz edir və biz elektron sistemlər üzərindən onların fərqli məlumatlarını gördükdə onlarla bağlı araşdırma aparılır. Eyni zamanda Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta Agentliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi digər şikayətlər əsasında problemləri aradan qaldırmağa çalışırıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fövqəladə vəziyyət: Seutaya növbəti kütləvi miqrant axını...
22:40 07.08.2026
Dünya
Zelenski ilk dəfə Serbiyaya səfər edib
22:02 07.08.2026
Dünya
ABŞ Senatı Rusiya və İrana qarşı sanksiyaları təsdiqləyib
21:47 07.08.2026
Dünya
Bessent İranla 60 günlük atəşkəs imkanını istisna etməyib
21:35 07.08.2026
Dünya
"Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi
20:51 07.08.2026
Futbol
Barış Mançonun müəllif hüquqları məhkəməyə daşındı
20:50 07.08.2026
Mədəniyyət
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region
ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir
20:10 07.08.2026
Dünya
Qərbi Nil virusu həyəcanı: 6 nəfər ölüb, yoluxmalar artır
19:51 07.08.2026
Sağlamlıq
"Qarabağ"dan Elvin Cəfərquliyev açıqlaması
19:43 07.08.2026
Futbol
Beyləqanda 15 yaşlı oğlan kanalda boğulub
19:36 07.08.2026
Hadisə