Nazir: “Operativ qərargahla birlikdə böyük proqram hazırlayırıq”
08:53 23.09.2020
Arxiv
726
“Biz çox sevinirik ki, akademiyada növbəti və sonuncu idman zalı təhvil verildi. Burada yenidənqurma və təmir işləri aparılıb. Hər şey bütün standartlara uyğundur. Bizim ən məşhur, tanınmış, sevilən və xalqımıza medallar bəxş edən idman növünün də akademiyada öz zalı var”.
“Report”un məlumatına görə, bu fikirləri Gənclər və İdman Naziri Azad Rəhimov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında güləş zalının açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
O, bildirib ki, akademiyanın təmiri 95-96 faiz yekunlaşıb:
“İstəyirik ki, zallara və auditoriyaya tələbələrimiz qayıtsın, təhsil prosesi başlasın. Biz görürük ki, yenə də yoluxma halları var. Təklif etmişik və hazırda Təhsil Nazirliyi ilə danışıqlar aparılır ki, oktyabra və ya noyabra qədər bütün dərslər onlayn şəkildə keçirilsin. Bildiyiniz kimi bu il akademiyanın qabiliyyət imtahanı olmayıb. Qabiliyyət imtahanına 4 mindən artıq şəxs yığışır. Biz onu ləğv etdik”.
Rəhimov güləş və digər idman növlərinin federasiyalarının daxili yarışları keçirmək üçün nazirliyə müraciət etdiyini söyləyib:
“Tək güləş yox, digər idman növləri də noyabr və dekabr aylarında yerli çempionat keçirdirlər. Biz çox istərdik ki, bu yarışlar keçirilsin. Hazırda Nazirlər Kabineti yanında operativ qərargahla birlikdə böyük proqram hazırlayırıq. Bu, həm də idman zallarının açılmasına da aiddir. Burada müxtəlif tələblər və meyarlar nəzərdə tutulub. Qəbul olunsa, sözsüz ki, bizim üçün də çempionatları keçirtmək çox vacibdir. İdmançı bir ay evdə qalsa, ona 3-4 ay bərpa üçün vaxt lazımdır, bu isə çətinlik yaradır. Əgər yarış praktikası yoxdursa, bu, həqiqətən də onun gücünü, təcrübəsini məhv edir. Əlimizdən gələni edəcəyik ki, çempionatları təşkil edək. Noyabrda Milli Paralimpiya Komitəsinin təklifi ilə paracüdo üzrə Qran-Pri turniri Bakıda keçirilməlidir. Artıq 15 ölkə qeydiyyatdan keçib. Bu, noyabrın 14-də baş tutmalıdır. Bu vaxta qədər ümumi vəziyyət ilə tanış olacağıq və proqram qəbul olunsa, yarış Azərbaycanda gerçəkləşəcək”.
Nazir hazırda yarışlara azarkeşlərin buraxılması məsələsinin gündəmdə olmadığını vurğulayıb:
“Biz ilk olaraq istəyirik ki, yarışlar olsun. Azarkeşlərin iştirakını nəzərdə tutmamışıq. Hazırda 47 olimpiya kompleksi istifadədədir. Hamısı işlək vəziyyətdədir və qapıları açıqdır. Biz qeyri-olimpiya idman növlərini də cəlb etmişik. Elan etmişik ki, onlar üçün də təlim-məşq toplanışlarını təşkil etməyə hazırıq”.
Rəhimov qeyri-olimpiya növləri ilə məşğul olan idmançıların başqa sahələrə üz tutması barədə bunları deyib:
“Təəssüf ki, onların maaşlarını verməyə imkan yoxdur. Bu, tamamilə qadağan olunmuş məsələdir. Onlara əlimizdən gələn köməkliyi etməyə hazırıq. Bizim addımlarımız ancaq zalların qapılarını onların üzünə açmaq olar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edildi
18:36 28.10.2026
Gündəm