Nazir sahibkarlara göstərilən maliyyə dəstəyinin həcmini açıqladı
07:55 12.02.2021
Arxiv
391
2020-ci il həm dünya, həm də Azərbaycan üçün mürəkkəb çağırışlarla dolu bir il oldu. Bütün ölkələrdə iqtisadi artımın zəifləməsi və mənfi zonaya keçməsi gücləndi. Bu proses Azərbaycana da təsirsiz ötüşmədi.
Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov “Postpandemiya dövründə vergi sistemi” ilə bağlı keçirilən konfransda deyib.
Onun sözlərinə görə, 2020-ci ilin nəticələrinə görə ÜDM 4,3 faiz azalıb və dünya enerji bazarlarında yaranmış vəziyyət, enerji resursları üzrə ixrac payı yüksək olan ölkələrin iqtisadiyyatı müəyyən təzyiqlərə məruz qalıb:
“Azərbaycan OPEK+ razılaşması çərçivəsində neft hasilatını azaltmaq öhdəliyi götürüb və bu öhdəliyin yerinə yetirilməsi bəlli iqtisadi itkilər hesabına başa gəlib. Hökumət bu iqtisadi itkiləri nəzərə alıb.
Əsas vəzifəsini biznesi və iqtisadi subyektləri itkilərdən qorumaq siyasəti və alətlərini tətbiq etməklə iqtisadiyyatda ciddi tənəzzülə yol verməmək kimi təyin edib. Bu məqsədlə 2020-ci il ərzində dövlət başçısının müvafiq sərəncamına əsasən milli iqtisadiyyata və sahibkarlıq subyektlərinə geniş miqyaslı dövlət dəstəyi göstərildi”.
Nazir qeyd edib ki, ötən il ərzində sahibkarlara 358 milyon manatdan çox birbaşa maliyyə dəstəyi göstərilib, 115 milyon manat həcmində vergi güzəştləri paketi təqdim edilib.
Həmçinin 115 milyon manata yaxın dövlət zəmanətli kredit ayrılıb, toplam kredit portfeli 250 milyon manat dan çox olan mövcud kreditlər üzrə 33 milyon manat faiz subsidiyası verilib:
“Bir sıra digər dəstək tədbirləri göstərildi. Bu tədbirlərin nəticəsində pandemiyanın ilkin təsirləri qismən neytrallaşsa da iqtisadi fəallığın uzun müddətli məcburi daraldılması biznes üçün ciddi itkilər yaradıb. Pandemiyanın təsirlərinin aradan qaldırılması, iqtisadi fəallığın bərpa edilməsi, kiçik və orta biznesin yenidən orta-aktiv fəaliyyətə qaytarılması qarşımızda duran əsas vəzifələrdən biridir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ və Ermənistan arasında hərbi əməkdaşlıq müzakirə edildi
17:55 13.02.2026
Gündəm
"Bavariya" ulduz futbolçusu ilə müqaviləni yenilədi
17:14 13.02.2026
Futbol
Nə Karapetyan, nə Köçəryan - seçkini biz udacağıq - Xudatyan
17:07 13.02.2026
Region
Prezident Neçirvan Bərzanini Azərbaycana səfərə dəvət edib
17:06 13.02.2026
Gündəm
AMEA Ramiz Mehdiyevi həqiqi üzvlükdən xaric edəcək
16:58 13.02.2026
Elm və Təhsil
İranla razılaşma yoxdursa ağır mərhələ başlayacaq - TƏHLİL
16:36 13.02.2026
Gündəm
Ata Abdullayev azadlığa buraxılıb
16:15 13.02.2026
Cəmiyyət
İsrail Baş naziri: İranla razılaşmaya şübhə edirəm
15:52 13.02.2026
Gündəm
NATO baş katibi: Rusiya Ukraynada ilbiz sürəti ilə hərəkət edir
15:44 13.02.2026
Gündəm
Estoniya səfiri iqamətgahını Gürcüstandan Ermənistana köçürür
15:24 13.02.2026
Region
İlham Əliyev Almaniyaya səfərə gedib
15:12 13.02.2026
Rəsmi
Qaxın sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 13.02.2026
Hadisə