Nazir:“Əminəm ki, Prezidentin budəfəki çağırışının effekti daha çox olacaq”
10:40 15.09.2020
Arxiv
659
Sumqayıt Kimya Sənaye Parkının 500 hektardan çox olan ərazisinin 65 hektarı sərbəstdir. Həmin o ərazilərə də maraq böyükdür. Cənab Prezidentin ölkədə fəaliyyət göstərən, xaricdə yaşayan iş adamlarına, xarici investorlara bu gün bir daha etdiyi çağırışın effekti, əminəm ki, daha çox olacaq.
AZƏRTAC xəbər verir ki, bu fikri İqtisadiyyat naziri Mikayıl Cabbarov sentyabrın 14-də Prezident İlham Əliyevin “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində Peşə Təhsil Mərkəzinin açılışında iş adamlarına və xarici investorlara çağırışını şərh edərkən deyib. Nazir əlavə edib ki, dövlətimizin başçısı “Sumqayıt Kimya Sənaye Parkı”nın fəaliyyətinin genişləndirilməsinə dair tapşırıq verib.
Mikayıl Cabbarov bildirib ki, Prezidentin çağırışına həm Azərbaycanda, həm də ölkəmizdən kənarda fəaliyyət göstərən iş adamları reaksiya verirlər. Hələ mövcud karantin dövründə yaşamağımıza baxmayaraq, əlaqə saxlanılıb, müraciətlər var.
Qeyd edək ki, 2019-cu ilin birinci yarısında Sumqayıt Kimya Sənaye Parkında 258 milyon manatlıq, 2020-ci ilin müvafiq dövründə isə bundan iki dəfə çox - 534 milyon manatlıq məhsul istehsal olunub. İxrac ötən ilin ilk 6 ayına nisbətən 1,5 dəfə artaraq 121 milyon manatdan 182 milyon manata çatıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fövqəladə vəziyyət: Seutaya növbəti kütləvi miqrant axını...
22:40 07.08.2026
Dünya
Zelenski ilk dəfə Serbiyaya səfər edib
22:02 07.08.2026
Dünya
ABŞ Senatı Rusiya və İrana qarşı sanksiyaları təsdiqləyib
21:47 07.08.2026
Dünya
Bessent İranla 60 günlük atəşkəs imkanını istisna etməyib
21:35 07.08.2026
Dünya
"Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi
20:51 07.08.2026
Futbol
Barış Mançonun müəllif hüquqları məhkəməyə daşındı
20:50 07.08.2026
Mədəniyyət
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region
ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir
20:10 07.08.2026
Dünya
Qərbi Nil virusu həyəcanı: 6 nəfər ölüb, yoluxmalar artır
19:51 07.08.2026
Sağlamlıq
"Qarabağ"dan Elvin Cəfərquliyev açıqlaması
19:43 07.08.2026
Futbol
Beyləqanda 15 yaşlı oğlan kanalda boğulub
19:36 07.08.2026
Hadisə