Nazirliyin şöbə müdirinə yeni vəzifə verildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyində yeni kadr dəyişikliyi olub. 
Oxu.Az-ın məlumatına görə, ETSN-in yeni yaradılan Meşələrin İnkişafı Xidmətinə rəhbər təyinatı olub. 
Qurumun mətbuat katibi İradə İbrahimova bildirib ki, Namik Xıdırov xidmətin rəhbəri təyin edilib:
“Bu təyinata qədər o, nazirlikdə şöbə müdiri vəzifəsində çalışıb”.