Neftin qiyməti 47 dollar ətrafında dəyişir
06:49 03.11.2016
Arxiv
420
Ötən gün baş verən kəskin ucuzlaşmadan sonra dünya bazarında neftin qiymətində artım müşahidə olunur.
"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,39 dollar artaraq 45,73 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,54 dollar azalaraq 47,40 dollar olub.
Qeyd edək ki, ötən gün ABŞ-da kommersiya neft ehtiyatlarının həcminin kəskin artması nefti xeyli ucuzlaşdırıb. Brent markalı neftin qiyməti sentyabr ayından etibarən ən aşağı səviyyəyə enib.
Xatırladaq ki, ABŞ Neft İnstitutunun açıqladığı statistikaya əsasən, həftə ərzində ABŞ-ın kommersiya neft ehtiyatlarının həcmi 9,3 mln. barrel artıb.
Bunun ardınca ABŞ-ın Energetika Nazirliyi tərəfindən açıqlanan statistikadan isə məlum olub ki, oktyabr ayının 28-də başa çatan həftə ərzində kommersiya ehtiyatları 14,42 mln. barrel artaraq 482,6 mln. barrelə çatıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan-Kamboca sənədləri mübadilə olundu - YENİLƏNDİ
12:39 12.10.2026
Gündəm
Zelenski: Rusiya Trampın elan etdiyi enerji atəşkəsini pozub
12:34 12.10.2026
Gündəm
Ermənistan Rusiyaya şokolad ixracını 1,6 dəfə artırıb
12:31 12.10.2026
Region
Kamboca Baş naziri AQEM-in sammitində iştirak edəcək
12:19 12.10.2026
Gündəm
Pezeşkian Müctəba Xamenei ilə görüşündən danışdı
11:51 12.10.2026
Gündəm
Azərbaycanda ən yüksək maaşı kimlər alır? - FOTO
11:47 12.10.2026
Sosial
Azərbaycan-Kamboca sənədləri mübadilə olunub
11:31 12.10.2026
Gündəm
İlham Əliyev İspaniya Kralını təbrik etdi
11:19 12.10.2026
Gündəm
"Şərq qapısı" qəzetinin əməkdaşı vəfat etdi
11:07 12.10.2026
Media
İnstaqram və TikTok-a girişdə problem yaranıb
10:57 12.10.2026
Texnologiya
Xəzər rayonunda müşavirə - Bir sıra şəxslər cəzalandırıldı
10:50 12.10.2026
Aktual
Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü - Foto
10:48 12.10.2026
Cəmiyyət
Biləsuvarda toyda dava: 49 yaşlı kişi bıçaqlandı
10:45 12.10.2026
Hadisə