Nişan mərasimi keçirilən 11 yaşlı azərbaycanlı qızla bağlı TƏFƏRRÜAT
11:19 08.02.2021
Arxiv
890
Gürcüstanda 11 yaşlı azərbaycanlı qızın 15 yaşlı dayısı oğluna nişanlanması barədə məlumatlar yayılıb.
Nişan mərasiminin ötən həftə Poniçala (Soğanlıq) kəndində evdə keçirildiyi bildirilir.
Nişandan çəkilən foto və videogörüntülər sosial şəbəkələrdə yayılıb və geniş müzakirələrə səbəb olub.
Kəndin ictimai fəalları “Report”a nişan mərasiminin baş tutduğunu təsdiqləyiblər. Onların sözlərinə görə, mərasim “sözkəsdi” adı ilə keçirilib, qızın 14, oğlanın isə 16 yaşı var. Verilən məlumata əsasən, yeniyetmələr bir neçə il nişanlı qalıb yetkinlik yaşına çatan kimi nikaha daxil olmağı planlaşdırırlar.
Poniçala gəncləri kənddə erkən nişanın olması faktını qınayıblar. Onlar deyiblər ki, erkən evlənmə adət-ənənə deyil, stereotipdir və bu cür neqativ halların aradan qaldırılması üçün maarifləndirmə və təhsil səviyyəsinin artırılmasına böyük ehtiyac duyulur.
Məsələ ilə bağlı azyaşlı qızın yaxın qohumu Unikal.org-a açıqlama isə bildirib ki, sosial şəbəkələrdə qızın yaşı ilə bağlı yazılan məlumat həqiqəti əks etdirmir:
“Qızın 11 yox, 14 yaşı var. Qız 9-cu sinifdə oxuyur. Belə tez nişanlanmaq bizdə adətdir. Qızları azyaşlı vaxtında nişanlayırlar ki, başqasına verməsinlər. Nişanlanan oğlan qızın qohumudur və onun 19 yaşı var. Onlar 3 il nişanlı qalacaqlar. Sonra gənclərin toy mərasiminin keçirilməsi nəzərdə tutulur. Sosial şəbəkə istifadəçilərindən xahiş edirəm ki, bizi qınamasınlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qalibaf: Tramp İranı təslim olmağa məcbur etmək istəyir
20:00 29.04.2026
Region
Bayramov Uruqvayın XİN rəhbərinin müavini ilə görüşdü
19:45 29.04.2026
Siyasət
Bu halda İrana qarşı hərbi variant nəzərdən keçiriləcək...
18:46 29.04.2026
Dünya
Delimitasiya görüşləri sülh prosesinin real mərhələsidir - ŞƏRH
18:38 29.04.2026
Gündəm
Naxçıvanda duz istehsalı bərpa olunub
18:30 29.04.2026
Ölkə
Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələr keçirilib
17:52 29.04.2026
Gündəm
Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
17:41 29.04.2026
Sağlamlıq
Ərdoğan: PKK ilə mübarizə Türkiyəyə 2 trilyon dollara başa gəlib
17:39 29.04.2026
Gündəm
Danışıqlar görüntüdür, proses müharibəyə gedir - Siyasi ekspert
17:36 29.04.2026
Gündəm
Ermənistan seçkiləri regionun gələcəyini müəyyən edəcək - ANALİTİK
17:19 29.04.2026
Gündəm
Yaqub Mahmudovun yeni kitabı çapdan çıxdı
17:19 29.04.2026
Elm və Təhsil
Uçan taksilər: 2 saatlıq yolu 10 dəqiqəyə gedir
16:57 29.04.2026
Sosial
İlham Əliyev Fərman imzaladı
16:56 29.04.2026
Gündəm
"Neftçi" "Qarabağ"a görə cərimələndi
16:43 29.04.2026
Futbol