Nizami Səfərov MDB PA-nın komissiya sədri seçilib
15:47 26.11.2020
Arxiv
460
Bu gün MDB PA-nın Sosial siyasət və insan hüquqları üzrə daimi komissiyasının videokonfrans formatında iclası keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, iclasın gündəliyində 18 məsələ olub.
İclasda öncə təşkilati məsələyə baxılıb, Azərbaycan Milli Məclisinin deputatı Nizami Səfərov Sosial siyasət və insan hüquqları üzrə daimi komissiyanın yeni sədri seçilib.
Sonra iclasda IV Sankt-Peterburq beynəlxalq əmək forumunun yekunları müzakirə olunub. MDB üzü olan dövlətlərdə COVID-19 pandemiyası ilə əlaqədar görülən tədbirlərə xüsusi diqqət yetirilib, həmin tədbirlərin qanunvericiliklə dəstəklənməsi vacib sayılıb. MDB PA Şurası ilə Ümumdünya Səhiyyə Təşkilatının Avropa regional bürosunun “COVID-19 ilə mübarizədə parlamentlərin rolu haqqında” birgə bəyanatının layihəsi nəzərdən keçirilib.
Komissiyada MDB ölkələrində uşaqların sağlamlığının və səhiyyə hüquqlarının qorunması, psixiatriya yardımı və onun göstərilməsində vətəndaş hüquqlarının təminatı, tibbi yardıma dair klinik tövsiyələr, uşaqlar üçün qida məhsullarının marketinqi, vətəndaşların sağlamlığının tütün tüstüsünün zərərli təsirlərindən qorunması, orqan donorluğu və s. haqqında model qanunların layihələri barədə məruzələr dinlənilib, geniş müzakirələr aparılıb.
Sonra 2020-2022-ci illər üçün MDB model qanunvericiliyinə dair Perspektiv Planda dəyişikliklər edilməsi məsələsinə, üzv dövlətlər üçün model Miqrasiya Məcəlləsinin layihəsinə baxılıb. Parlamentarlar məlumat əldə etməyə dair vətəndaşın hüquqi statusu, müəssisə və ya təşkilatların müflisləşməsi (iflas etməsi) halında əməkçilərin tələblərinin qanunvericiliklə müdafiəsi, eləcə də MDB məkanında vətəndaşların pensiya təminatı haqqında Tövsiyə layihələrinə də münasibət bildiriblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabah bu ərazilərdə qaz olmayacaq
20:46 29.06.2026
Cəmiyyət
“Maykl” filmi qlobal kassada rekord qırdı
20:24 29.06.2026
Şou
Ermənistanda bəzi qüvvələr Rusiyanı ləkələyir - Qaluzin
20:00 29.06.2026
Region
Nazir: Kibertəhlükəsizlik istiqamətləri 58 təşəbbüsü əhatə edir
19:53 29.06.2026
Siyasət
Nağd pul dövrü bitir: Naxçıvan rəqəmsal nəqliyyata keçir
19:36 29.06.2026
Ölkə
“Fənərbağça” Qrinvud üçün rəsmi təklif göndərdi
19:12 29.06.2026
Futbol
“Mançester Siti”nin yeni baş məşqçisi məlum olub
18:53 29.06.2026
Futbol
AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
18:37 29.06.2026
Futbol
Yaxın Şərqdə sülh hələ çox uzaqdadır - Politoloq
18:18 29.06.2026
Gündəm
Türkiyə Prezidenti Almaniya Kansleri ilə telefon danışığı aparıb
17:59 29.06.2026
Gündəm
Türk dünyasının gələcəyi Bakıda yazılır - Türkoloq
17:39 29.06.2026
Gündəm
Almaniyada silahlı hücum: Çox sayda ölən və yaralanan var
17:35 29.06.2026
Hadisə