“Nizami və Kəpəz rayonlarının inzibati ərazi bölgüsünün ləğv edilməsi optimaldır”
08:15 07.09.2020
Arxiv
431
“Azərbaycan Respublikasında dövlət idarəçiliyinin optimallaşdırılması, şəffaflaşdırılması, onun operativliyinin və səmərəliliyinin yüksəldilməsi Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatların mühüm tərkib hissəsidir”.
Bunu APA-ya açıqlamasında millət vəkili Naqif Həmzəyev bildirib.
N. Həmzəyev deyib ki, müxtəlif vaxtlarda yerli və mərkəzi icra orqanlarının strukturu, fəaliyyət istiqamətləri, prinsipləri, vəzifə və öhdəliklərinin dəqiqləşdirilməsi, paralelliyin aradan qaldırılması, qərarların çevik qəbul olunması və vəzifələrin mümkün qədər səmərəli icrası ilə bağlı qanunvericilik təşəbbüsləri irəli sürülüb: “Hazırda həyata keçirilən islahatlar paketinin mühüm tərkib hissəsi kimi Milli Məclis, Prezident Administrasiyası, Nazirlər Kabinetində həyata keçirilən struktur dəyişiklikləri müsbət nəticələrini verir. Bu gün dövlət orqanlarının fəaliyyətində müşahidə olunan operativlik, ictimai rəyə, vətəndaşların problemlərinə həssas yanaşma, bürokratik əngəllərin, korrupsiya, rüşvətxorluq və digər neqativ hallara qarşı kəskin mübarizə əhali tərəfindən təqdir olunur, yeni idarəetmə fəlsəfəsi ictimai rəydə daha çox rəğbət qazanır. Bütün bunlar göstərir ki, qarşıdan gələn dövrdə də yerli və mərkəzi icra orqanlarının fəaliyyətinin optimallaşdırılması ilə bağlı tədbirlər davam etdiriləcək. Gəncə şəhəri Nizami və Kəpəz rayonları inzibati ərazi bölgüsünün ləğv edilməsi ilə bağlı irəli sürülən təşəbbüs ölkənin ikinci böyük şəhərində idarəetmənin keyfiyyətinin yüksəldilməsi və vətəndaşların rahatlığının, məmnunluğunun təmin edilməsi məqsədi daşıyır. Əhalisinin sayına görə Gəncə şəhərinə yaxın olan Sumqayıt şəhərinin nümunəsi göstərir ki, idarəçiliyin bir mərkəzdən həyata keçirilməsi daha səmərəli və optimal mexanizmdir”.
Millət vəkili qeyd edib ki, bunun nəticəsində vətəndaşların müraciətlərinə baxılma mexanizmi sadələşdiriləcək, onların problemləri daha çevik şəkildə həll olunacaq, idarəetmə sistemində çoxpilləlilik, paralellik, təkrarçılıq, bürokratiya, süründürməçilik və digər bu kimi neqativ hallar aradan qaldırılacaq: “Eyni zamanda əhalinin sosial-mədəni və məişət ehtiyaclarının ödənilməsi və qanunçuluğun təmin edilməsi ilə bağlı qərarların icrasının səmərəliliyi daha da artacaq, böyük idarəetmə aparatı ləğv ediləcək və büdcə vəsaitlərinin sərfiyyatına qənaət olunacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Üçüncü Dünya Müharibəsi artıq başlayıb” - Hüsamettin İnaç
19:36 02.03.2026
Gündəm
Pentaqon: İrana qarşı əməliyyat bir neçə həftə çəkə bilər
19:25 02.03.2026
Dünya
Türkiyədə zəlzələ olub
19:17 02.03.2026
Hadisə
Ərdoğan və Merz İrana hücumları müzakirə ediblər
19:10 02.03.2026
Dünya
Tramp İranla bağlı bəyanatla çıxış edəcək
19:04 02.03.2026
Dünya
“İran ABŞ-la qarşıdurmaya hazır deyil” - Hərbi ekspert
18:40 02.03.2026
Gündəm
Bu agentliyin kibi təsdiqlənib
18:36 02.03.2026
Gündəm
ABŞ Bəhreyndəki səfirliyini bağladı
18:21 02.03.2026
Dünya
İranın yeni liderindən ilk açıqlama: Bu bəlanı da dəf edəcəyik
18:06 02.03.2026
Dünya
Laricani: İran uzunmüddətli müharibəyə hazırdır
17:41 02.03.2026
Gündəm
Xameneinin həyat yoldaşı vəfat etdi
17:39 02.03.2026
Dünya
ABŞ-ın müharibə naziri: İranda rejim dəyişəcək
17:38 02.03.2026
Gündəm
Ararat Mirzoyan və Marta Kos arasında telefon danışığı oldu
17:23 02.03.2026
Gündəm
Prezident İlham Əliyev Aleksey Overçuku qəbul edib
16:43 02.03.2026
Gündəm