Növbəti aylarda koronavirusdan daha çox adam öləcək - XƏBƏRDARLIQ
08:00 14.09.2020
Arxiv
414
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) oktyabr və noyabr aylarında Avropada COVID-19-la bağlı gündəlik ölüm sayında artım olacağını bildirib.
APA-nın "France Presse"agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ÜST-ün Avropa üzrə regional direktoru Hans Kluqe bildirib.
"Vəziyyət daha da çətinləşəcək. Oktyabr və noyabr aylarında biz daha çox ölüm halları görəcəyik", - Hans Kluqe bildirib.
ÜST rəsmisi deyib ki, yoluxma hallarındakı artım günlük ölümlərin də artımına səbəb olacaq: "Mən anlayıram ki, indiki məqamda ölkələr pis xəbər eşitmək istəmir. Mən pozitiv mesaj göndərmək istərdim ki, bu pandemiya bitəcək. Tez-tez eşidirəm ki, peyvənd pandemiyanı sonlandıracaq Təbii ki, bu, belə deyil. Peyvəndin bütün əhali qruplarına kömək edib-etməyəcəyini də bilmirik. Hazırda üzərində işlənən peyvəndlərin bir qrup üçün kömək edəcəyi, digər qrup üçün isə effektiv ola bilməyəcəyi barədə bəzi siqnallar alırıq. Fərqli peyvəndlər sifariş etməli olsaq, bu, sadəcə texniki-maddi baxımdan bir kabus olacaq! Pandemiyanın sonu bir cəmiyyət olaraq bu pandemiya ilə necə yaşamağı öyrənəcəyimiz andır. Bu, bizə bağlıdır və düşünürəm ki, çox müsbət bir mesajdır".
Qeyd edək ki, bu gün və sabah ÜST-ə üzv 55 Avropa ölkəsi koronavirusla bağlı virtual müzakirə keçirəcək və 5 illik strategiya barədə razılığa gələcəklər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İlham Əliyev Malavi Prezidentini təbrik etdi
11:03 06.07.2026
Gündəm
ABŞ qoşunlarını Estoniyadan tamamilə çıxarıb
10:50 06.07.2026
Dünya
Avropa sülhdən danışsa da, müharibəyə hazırlaşır...
10:44 06.07.2026
Dünya
Gilasın bilmədiyiniz zərəri...
10:41 06.07.2026
Sağlamlıq
Kontakt linzaların onlayn satışına icazə verildi
10:39 06.07.2026
Sağlamlıq
Paşinyan Rusiyaya işgüzar səfərə yollanıb
10:22 06.07.2026
Gündəm
Uzun müddət oturmaq ölüm riskini artırır
10:17 06.07.2026
Sağlamlıq
İynədən sonra əlil qalan uşağın işi məhkəməyə göndərildi
09:29 06.07.2026
Hadisə
İstidə sərinlənməyin ən təhlükəli üsulları açıqlanıb
08:55 06.07.2026
Maraqlı
Pasiyentlər əməliyyat zamanı həkimləri eşidir
08:34 06.07.2026
Sağlamlıq
Lilit Qalstyan ATƏT PA-nı Bakıya təzyiq göstərməyə çağırıb
07:25 06.07.2026
Gündəm
Arıqlamağa mane olan 3 böyük səhv
05:47 06.07.2026
Maraqlı
Azərbaycanlı gənc Polşada göldə boğuldu
04:27 06.07.2026
Hadisə
Rusiyada kanat yolunda 16 nəfər köməksiz qaldı
03:27 06.07.2026
Hadisə