Növbəti düşmən təxribatı ilə bağlı nazirlikdən XƏBƏRDARLIQ
09:31 29.10.2020
Arxiv
357
Cəbhədə məğlubiyyətə düçar olan Ermənistan tərəfi kibermühitdə uğursuz təxribatlarını davam etdirir.
Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, düşmən bu dəfə də elektron poçt üzərindən nazirliyin adından “fişinq” (tilova salmaq) xarakterli məktublar göndərir.
Həmin saxta məktublarda istifadəçilərdən 48 saat ərzində məktubda göstərilmiş keçidə daxil olaraq elektron poçtları qeydiyyatdan keçirmələri və onu təsdiq etmələri istənilir. Əks halda, həmin istifadəçilərin e-poçtlarından istifadə edə bilməyəcəkləri bildirilir.
Yalançı məktuba etibarlığı artırmaq üçün mətndə Azərbaycan Respublikasının bayrağı və gerbi, nazirliyin loqosu, ünvanı, rəsmi şəxsin adı göstərilir. Məqsəd istifadəçilərin diqqətini yayındıraraq, zərərli keçidlərə daxil olmağa vadar etməklə müvafiq məlumatları ələ keçirmək və bu yolla həmin şəxslərin istifadə etdikləri avadanlığa və şəbəkəyə yol tapmaqdır.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti bildirir ki, bu məlumatlar həqiqəti əks etdirmir və təxribat xarakteri daşıyır. Qeyd edək ki, bir çox istifadəçilərin öz elektron poçtlarına VPN internet bağlantısından istifadə yolu ilə daxil olması həmin şəxslər və onların təmsil etdikləri qurumların şəbəkələri üçün çox ciddi təhlükə riski yaradır.
İstifadəçilərdən xahiş olunur ki, hazırkı dövrdə maksimum diqqətli olsunlar, bu kimi məlumatlara etimad edib ani hərəkət etməsinlər. Eyni zamanda keçidlərə daxil olub fərdi məlumatlarını təqdim etmədən öncə fərqli əlaqə vasitələrindən istifadə etməklə məktubun göndərildiyi ünvanı və məlumatların düzgünlüyünü rəsmi mənbədən yoxlasınlar. Bir daha qeyd edirik ki, bu formatlı məlumatlar xüsusən “fişinq” (tilova salmaq) cəhdləridir.
Həmçinin vətəndaşlar bu kimi hallarla üzləşdiklərində, 1654 və 1655 qaynar xətti, www.cert.az saytı və ya reports@cert.az elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət etsinlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Venesuelada birhəftəlik matəm elan edildi
23:56 01.07.2026
Dünya
Pezeşkian: İran hökuməti Müctəba Xameneiyə tabedir
23:33 01.07.2026
Region
İqbal Ağazadənin adı ilə Ələşrəfqızını aldatdılar
23:15 01.07.2026
Hadisə
"Qarabağ" Macarıstanın "Ferenstvaroş" klubuna uduzdu
22:40 01.07.2026
Futbol
BMT-nin pulu sentyabr ayında qurtara bilər
22:24 01.07.2026
Dünya
Ərəb dənizində ABŞ helikopteri qəza enişi edib, hərbçi itkin düşüb
22:08 01.07.2026
Dünya
"Reuters": Kot-d"İvuarda daşqınlar nəticəsində 59 nəfər ölüb
21:25 01.07.2026
Dünya
Samuxda yük avtomobili çaya aşdı, ölən var
21:13 01.07.2026
Dünya
İsrail ordusu HƏMAS-ın tağım komandirinin öldürüldüyünü açıqladı
21:07 01.07.2026
Dünya
Türkiyədə 5 kq partlayıcı daşıyan PUA aşkarlanıb
21:00 01.07.2026
Dünya
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə çevirir - TƏHLİL
20:02 01.07.2026
Gündəm
Suriyanın ilk keçid parlamenti formalaşdırıldı
19:25 01.07.2026
Dünya