Olimpiya çempionu millimizə baş məşqçi təyin olundu

Güləş millilərimizdə məşqçi dəyişiklikləri baş tutub.
Bu barədə Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyev keçirdiyi mətbuat konfransında bildirib.
Oxu.Az-ın həmin mətbuat konfransında iştirak edən jurnalistinin xəbərinə görə, Oyan Nəzəriani çimərlik güləşi üzrə millimizə baş məşqçi təyin olunub.
Sərbəst güləş millimizə isə Olimpiya çempionu Namiq Abdullayev təyin edilib.