Ölkə başçısının müsahibəsində səsləndirdiyi bəyanatlar Rusiya KİV-lərinin diqqət mərkəzindədir
10:19 21.09.2020
Arxiv
463
Rusiyanın kütləvi informasiya vasitələri Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibəsini geniş işıqlandırıb.
AZƏRTAC xəbər verir ki, TASS, İnterfaks və “RİA Novosti” federal informasiya agentlikləri, “REN TV”, “TVC”, “360 tv” telekanalları və digər KİV-lər Prezident İlham Əliyevin müsahibəsində söylədiyi fikirləri təqdim ediblər.
Materiallarda qeyd olunur ki, Azərbaycan Prezidenti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair sülh danışıqlarının faktiki olaraq getmədiyini, Azərbaycanın imitasiya naminə danışıqlarda iştirak etmək niyyətində olmadığını vurğulayıb.
TASS agentliyinin xəbərində Prezident İlham Əliyevin Ermənistanı danışıqlar prosesini pozmaqda təqsirləndirməsi, Ermənistan rəhbərliyinin cəfəng bəyanatlarının, təxribat xarakterli addımlarının danışıqları mənasız etməsi barədə fikirləri yer alıb.
“TVC” kanalının materialında qeyd olunur ki, rəsmi Bakı ciddi bəyanatlarla çıxış edir. Prezident İlham Əliyev müsahibəsində Ermənistanın işğal altında olan Dağlıq Qarabağı qanunsuz şəkildə məskunlaşdırmasını “cinayət” adlandırıb.
“Pravda.ru” saytı yazır ki, Prezident İlham Əliyev Ermənistana xəbərdarlıq mesajı göndərərək deyib: “Onlar üçün Tovuz hadisələri növbəti dərs oldu. Əgər yeni dərs almaq istəyirlərsə, biz buna hazırıq”.
“Moskovski komsomolets” qəzeti Prezident İlham Əliyevin Ermənistanın müharibəyə hazırlaşması, Azərbaycan tərəfində bu barədə ciddi kəşfiyyat məlumatlarının olması barədə fikirlərini tirajlayıb. Qəzet yazır ki, Azərbaycan dövlətinin başçısı ölkəsinin Ermənistanda heç bir məqsədi olmamasını, lakin təxribat davam edirsə, siyasətə yenidən baxılacağını deyib.
“Kommersant” qəzeti Prezident İlham Əliyevin Paşinyanın işğal olunmuş əraziləri qanunsuz məskunlaşdırma siyasətini sərt tənqid etdiyini yazır. Xəbərdə deyilir ki, Azərbaycan Prezidenti bunun Cenevrə Konvensiyasına zidd, cinayət olduğunu vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi