Ölkədə imtahanların da vaxtı uzadıla bilər - RƏSMİ AÇIQLAMA


“Lisey və gimnaziyalara imtahanların vaxtı uzadıla bilər”. 
Oxu.Az-ın məlumatına görə, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva “Yeni” TV-nin canlı yayımında bildirib.
Onun sözlərinə görə, imtahanlar, əsasən, iyun ayında aparılırdı:

“Bu il də imtahanların keçirilməsi planlaşdırılır, amma əvvəlki illərdən fərqli olaraq, müddətləri dəyişməli olacağıq. 

Ola bilər, imtahanların vaxtı uzadılsın. Vəziyyətdən asılı olaraq, daha təhlükəsiz şəraitdə imtahanlar keçirilsin”, - deyə nazir müavini qeyd edib.