Ölkədə verilən kreditlərin 58 faizə qədəri təminatsızdır - RƏSMİ

“Ölkədə 21 bank tərəfindən verilən kreditlərin 58 faizə qədəri təminatsızdır”.
Oxu.Az-ın məlumatına görə, bunu Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Tural Piriyev mətbuat konfransında bildirib.
Onun sözlərinə gorə, bu, o demək deyil ki, onlar bağışlanılıb:
“Onların bir çoxu üzrə ödənişlər edilir. Problemli kreditlər də var. Onlarla bağlı iş gedir, restrukturizasiya edilir”.
İcraçı direktor qeyd edib ki, bağlanmış dörd bankın - “Atabank”, “Amrahbank”, “AGBank” və “NBC Bank” Açıq Səhmdar Cəmiyyətlərinin (ASC) kredit portfeli bir milyard manatdan çoxdur.