Ombudsman BQXK-nın nümayəndəsi ilə görüşüb
09:55 22.09.2020
Arxiv
562
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Arian Bauer və əvvəlki rəhbəri Elena Aymone Sesseranı qəbul edib.
Bu barədə Ombudsman Aparatı məlumat yayıb.
Səbinə Əliyeva rəhbərlik etdiyi təsisatın fəaliyyət dövrü ərzində beynəlxalq təşkilatlarla, o cümlədən BQXK və bu qurumun ölkəmizdəki nümayəndəliyi ilə müvafiq fəaliyyət istiqamətləri üzrə səmərəli əməkdaşlıq əlaqələri qurduğunu diqqətə çatdırıb.
Təsisatın fəaliyyəti haqqında qonağa geniş məlumat verən müvəkkil COVID-19 pandemiyası ilə əlaqədar təsisatda müvəqqəti olaraq insanların canlı qəbulu dayandırılsa da, müraciətlərin elektron formada, qaynar xətt və sosial şəbəkələr vasitəsilə qəbulunun davam etdirildiyini qeyd edib.
Səbinə Əliyeva Suriya Ərəb Respublikasında davam edən vətəndaş müharibəsində iştirak etmək və silahlı dəstələrə qoşulmaq üçün ailələri ilə birlikdə həmin ölkəyə gedən, müxtəlif silahlı birləşmələrin tərkibində döyüşən Azərbaycan Respublikası vətəndaşlarının ailə üzvlərinin, o cümlədən qadın və uşaqların hazırda həmin ölkənin müxtəlif ərazilərində yerləşən çadır düşərgələrində əsir və girov kimi saxlanıldıqlarını bildirib. O qeyd edib ki, yaralılar və xəstələr düşərgədə tibbi yardımdan kənarda qalaraq baxımsız vəziyyətdədirlər, müvafiq əraziyə nəzarət edən qanunsuz silahlı dəstələr tərəfindən həmin düşərgədə saxlanılan uşaqlar işgəncələrə məruz qalır, zor tətbiq edilməklə ailələrindən alınır və ya oğurlanırlar. Müvəkkilin sözlərinə görə, Suriyada əsir və girovların saxlanıldıqları çadır düşərgələrində vəziyyət artıq humanitar fəlakət və insan həyatı üçün təhlükəli səviyyəyə çatıb.
Səbinə Əliyeva qeyd olunanları nəzərə alaraq BQXK-nın mandatı çərçivəsində Cenevrə Konvensiyalarına uyğun olaraq, hazırda Suriyadakı münaqişənin girovuna çevrilmiş Azərbaycan Respublikası vətəndaşlarının maraqlarının müdafiə edilməsi, həmin şəxslər barədə məlumatların alınması və dəqiqləşdirilməsi, müharibə zonasında fəaliyyət göstərən sülhməramlı missiyalar qarşısında məsələ qaldırılması, girovluqda olduqları müddətdə işgəncəyə və qeyri-insani rəftara məruz qalmalarının qarşısının alınması, çadır düşərgələrində ehtiyac içində saxlanılan insanlara təxirəsalınmaz humanitar dəstəyin, yaralı və xəstələrə isə tibbi yardımın göstərilməsi, onların Azərbaycana qaytarılması və ailələrinə qovuşması istiqamətində tədbirlər görülməsi üçün dəstək verilməsini xahiş edib.
Müvəkkil, həmçinin 2014-cü ildə Azərbaycanın işğal altında olan torpaqlarında yaxınlarının məzarlarını ziyarət edərkən Ermənistan hərbi qüvvələri tərəfindən girov götürülən Şahbaz Quliyev və Dilqəm Əsgərovun hüquqlarının pozulması ilə bağlı Ombudsman Aparatı tərəfindən dəfələrlə bəyanatlar yayımlandığını və aidiyyəti beynəlxalq qurumlara, o cümlədən BQXK-ya müraciətlər ünvanlandığını, ancaq bu günə qədər həmin insanların girovluqdan azad olunmadığını, kobud şəkildə pozulmuş hüquq və azadlıqlarının bərpa edilmədiyini və bununla bağlı Ermənistana hər hansı beynəlxalq təsir göstərilmədiyini təəssüflə qeyd edib.
Görüşdə, həmçinin cəbhə xəttindəki vəziyyət, eyni zamanda, iki qurum arasında gələcək əməkdaşlığın perspektivləri də müzakirə edilib.
Qonaq öz növbəsində regionlarda beynəlxalq humanitar hüquq sahəsində bilik və bacarıqların artırılması üçün birgə maarifləndirmə tədbirlərinin keçirilməsini təklif edib.
Sonda qonaqlar BQXK olaraq müvəkkilin qaldırdığı məsələlərin həlli istiqamətində əməkdaşlıq etməyə hazır olduqlarını bildirib, səmimi qəbul, açıq və ətraflı fikir mübadiləsinə görə təşəkkür ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya