Ombudsman Səhiyyə Nazirliyinə müraciət edəcək - SƏBƏB
11:03 16.09.2020
Arxiv
511
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı əsasında Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən əvvəlcədən xəbərdarlıq etmədən Səhiyyə Nazirliyinin Gəncə şəhər Körpələr Evinə planlı başçəkmə həyata keçirilib.
Bu barədə "Sherg.az"a qurumdan məlumat verilib. Bildirilib ki, BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"sının Fakültativ Protokolu və Ombudsman haqqında Konstitusiya Qanunu əsasında təşkil olunmuş başçəkmədə məqsəd saxlanılma şəraitinin və rəftar məsələlərinin araşdırılması, müəssisədə saxlanılan valideyn himayəsindən məhrum olmuş uşaqların hüquqlarının təmini vəziyyətinin öyrənilməsi olub.
Başçəkmə çərçivəsində müəssisənin bütün ərazisinə, o cümlədən yataqxana, mətbəx, ərzaq anbarı, hamam və digər yerlərə baxışlar keçirilib, tibbi yardımın təşkili, qidalanma və kommunal xidmətlərin təminatı ilə bağlı mövcud vəziyyət və sənədləşmə araşdırılıb.
Başçəkmə zamanı Gəncə şəhər Körpələr Evində ixtisaslı həkim çatışmazlığı, körpələr evində kommunal xidmətlərin təminatının yaxşılaşdırılmasına ehtiyac olduğu müəyyən edilib.
Başçəkmənin yekununda müəssisə rəhbərliyi ilə söhbətlər aparılıb, körpələr evi sakinlərinin hüquqlarının daim diqqətdə saxlanılması istiqamətində müvafiq tövsiyələr verilib.
Başçəkmənin nəticəsi ilə bağlı Səhiyyə Nazirliyinə müraciət olunacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski ilk dəfə Serbiyaya səfər edib
22:02 07.08.2026
Dünya
ABŞ Senatı Rusiya və İrana qarşı sanksiyaları təsdiqləyib
21:47 07.08.2026
Dünya
Bessent İranla 60 günlük atəşkəs imkanını istisna etməyib
21:35 07.08.2026
Dünya
"Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi
20:51 07.08.2026
Futbol
Barış Mançonun müəllif hüquqları məhkəməyə daşındı
20:50 07.08.2026
Mədəniyyət
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region
ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir
20:10 07.08.2026
Dünya
Qərbi Nil virusu həyəcanı: 6 nəfər ölüb, yoluxmalar artır
19:51 07.08.2026
Sağlamlıq
"Qarabağ"dan Elvin Cəfərquliyev açıqlaması
19:43 07.08.2026
Futbol
Beyləqanda 15 yaşlı oğlan kanalda boğulub
19:36 07.08.2026
Hadisə
Beyləqanda su kanalında çimən yeniyetmə boğulub
19:04 07.08.2026
Hadisə
Mirziyoyev və Tramp ikitərəfli münasibətləri müzakirə ediblər
18:47 07.08.2026
Dünya