On illik sadiq oxucumuzdan təbrik...





Professor Qulu Məhərrəmli yazı masamın üstündə qalaqlanmış "Şərq”i göstərib soruşdu: 

"Şərq”ə bu qədər hörmətin nədəndir?”. Cavabım qısa və konkret oldu: "- Qəzetin heç bir siyasətə qoşulmaması və heç bir siyasi xadimin məramına yox, dövlətçiliyə qulluq etməsi, manşetdəki "Müstəqil ictimai-siyasi qəzet” amalına sadiq qalması.” 10 ildən artıqdır ki, bu qəzetə abunəyəm. Deyərdim ki, əksər qəzetlərlə müqayisədə burada korrekturaya ciddi yanaşılır, yazılarda dilin və dilçiliyin qanunları, yazılı nitqin normaları gözlənilir, yersiz alınma sözlərə, dialektizmlərə, loru sözlərə, terminlərə yer verilmir. 

Nitq üçün vacib normalara: məntiqilik, aydınlıq, dəqiqlik və ahəngdarlığa riayət olunur. Azərbaycan ədəbi dilinin xüsusilə morfoloji və sintaktik normalarının təbliğ edilməsində qəzetin böyük rolu vardır. Dil ümumi mədəniyyətin göstəricisidir. Məhz dilinə, yazı üslubuna görə "Şərq” yüksək, mədəni səviyyədədir.

Qəzetin yaradıcı kollektivini 20 illik yubiley münasibətilə təbrik edirəm. Onlar sözlə ürəklərə yol tapır, "Şərq”in məslək və əqidəsini oxuculara çatdırırlar.

Nadir Məmmədli
Fililologiya elmləri doktoru, professor
"Elm və təhsil” nəşriyyatının direktoru