Oqtay Əsədov ATƏT-in faktaraşdırıcı missiyası ilə bağlı məsələ qaldırdı
09:00 26.09.2020
Arxiv
518
“Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasında, eyni zamanda, sessiyanın ümumi debatlarında Ermənistanın işğalçılıq siyasətini faktlar əsasında dünya ictimaiyyətinin diqqətinə çatdırıb”.
Bunu şəxsi “Facebook” səhifəsində Milli Məclisin deputatı Oqtay Əsədov yazıb.
O bildirib ki, BMT tribunasından istifadə edən İlham Əliyev diqqəti daha çox beynəlxalq qurumların Ermənistanın işğalçı siyasətinə biganə yanaşmasına yönəldib.
Millət vəkili vurğulayıb ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə 30 ildir məhəl qoymamaqda davam edir.
“Buna görə də, işğalçı dövlət olan Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır. İlham Əliyev BMT tribunasından Ermənistanın beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq, işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşdırma siyasəti apardığını da iclas iştirakçılarının diqqətinə çatdırıb. Dövlət başçısı bildirib ki, Azərbaycan da daxil olmaqla, beynəlxalq ictimaiyyətin diqqətinin Beyrutdakı partlayışın fəsadlarının aradan qaldırılmasına yönəldiyi bir vaxtda, Ermənistan vəziyyətdən sui-istifadə edərək Azərbaycanın işğal olunmuş ərazilərinə erməni əsilli livanlıları yerləşdirməklə məşğuldur”, - deyə Oqtay Əsədov bildirib.
Onun sözlərinə görə, Prezident çıxışı zamanı daha bir zəruri məsələni diqqətə çatdırıb:
“İlham Əliyev Ermənistanın işğal altındakı ərazilərdə Azərbaycan xalqının milli-mədəni irsini məhv etdiyini deyərək, bildirib ki, Azərbaycanın təbii sərvətləri qeyri-qanuni istismar edilir. Bu isə təbii ki, ATƏT-in faktaraşdırıcı missiyasının təşkil olunması zərurətini otraya qoyur. Məsələyə belə biganə yanaşılması Ermənistanı yeni cinayət əməllərinə həvəsləndirməkdir.
Ermənistan işğal etdiyi ərazilərdə azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirir, bütün azərbaycanlı əhali işğal edilmiş ərazilərdən qovulub. Ermənistan azərbaycanlı mülki şəxslərə qarşı bir sıra müharibə və insanlıq əleyhinə cinayətlər törədib. Cənab Prezident BMT tribunasından bu məsələlərə də diqqət çəkərək, bildirib ki, torpaqlarımızın işğalına görə məsuliyyətdən yayınmaq məqsədilə Ermənistan həmin ərazilərdə cinayətkar, terrorçu, qondarma rejim yaradıb”.
Oqtay Əsədovun fikrincə, Azərbaycan Prezidentinin çıxışı beynəlxalq birliyi Ermənistanın işğalçı siyasətinə son qoymaq üçün qətiyyətli tədbirlər görməyə, baş verənlərə seyrçi qalmamağa çağırış idi.
“Ümumiyyətlə, Prezident İlham Əliyev sözügedən çıxışı ilə Azərbaycanın qətiyyətli mövqeyini bir daha beynəlxalq təşkilatların diqqətinə çatdırdı, eyni zamanda, milli maraqlarımızın qorunması, ərazi bütövlüyümüzün bərpa olunması məsələsində prinsipiallıq nümayiş etdirdi”, - deyə Oqtay Əsədov fikrini yekunlaşdırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Özəl məhkəmə ekspertizasına nəzarət dəyişir - Əsas meyar açıqlanıb
16:38 28.10.2026
Aktual
Sabunçuda evdən 10 min manatlıq qızıl oğurlanıb
16:21 28.10.2026
Hadisə
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirib
16:19 28.10.2026
Ölkə
Nazir Murat Kurum Ankara bələdiyyə başqanı Mansur Yavaşı qəbul edib
15:58 28.10.2026
Dünya
Putin: Bu ölkələr yeni dünya nizamını qəbul etmirlər
15:55 28.10.2026
Dünya
Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
15:47 28.10.2026
Aktual
Ramiz Mehdiyev AMEA-dan qovuldu
15:07 28.10.2026
Cəmiyyət
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
14:44 28.10.2026
Sosial
Ermənistanda parlamentin keçmiş sədrinin əmlakına həbs qoyulub
14:42 28.10.2026
Region
Rusiya Ermənistana yeni səfir təyin etdi
14:24 28.10.2026
Gündəm
Putin-Tramp-Cinpin görüşü hələ təsdiqlənməyib
14:12 28.10.2026
Gündəm
Paşinyan İranla sərhəd məsələsi üzrə işçi qrupu yaradıb
13:36 28.10.2026
Gündəm
Zelenski: Cinpin, Putin və Tramp dünyanı bölüşdürə bilməz
12:58 28.10.2026
Dünya
Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi
12:55 28.10.2026
Cəmiyyət