Ordumuza məxsus 3 tank, 2 helikopter və 3 PUA-nın vurulması yalandır - Müdafiə Nazirliyi

Ermənistan tərəfinin guya Azərbaycan Ordusuna məxsus 3 tank, 2 helikopter və 3 pilotsuz uçuş aparatının (PUA) vurulması barədə yaydığı məlumat yalandır və dezinformasiyadır.
Müdafiə Nazirliyindən "Sherg.az"a verilən məlumata görə, cəbhədə bölmələrimiz düşmən üzərində tam üstünlüyə malikdir.