Pakistan Senatı Ermənistanın Azərbaycana qarşı təcavüzünü pislədi
10:35 30.09.2020
Arxiv
388
Pakistan Senatında olan iqtidar və müxalifət partiyaları qruplarının rəhbərləri və digər senatorlar Ermənistanın Azərbaycana qarşı provokasiya və təcavüzlərini pisləyib.
Azərbaycanın Pakistandakı səfirliyindən APA -ya verilən məlumata görə, Pakistan Senatı erməni qüvvələrinin Azərbaycanın mülki obyektlərinə və hərbi mövqelərinə mənfur və provokativ təcavüzünün şiddətli şəkildə pislənildiyini və qınanıldığını bildirib:
“Biz Azərbaycanın öz ərazi bütövlüyünü və xalqını süveren bir dövlət olaraq qorumaq haqqını, eləcə də, BMT Təhülkəsizlik Şurası səviyyəsində Dağlıq Qarabağla bağlı haqlı mövqeyini tam şəkildə dəstəkləyirik. Beynəlxalq ictimaiyyət və BMT müdaxilə etməli və Ermənistanın regional sülhü və təhlükəsizliyi ciddi şəkildə təhdid edən gərginliyə əl atmasını dayandırmalıdır. İşğal olunmuş Azərbaycan torpaqlarının azad olunması üçün erməni qüvvələrinin dərhal Dağlıq Qarabağdan çıxması və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində göstərildiyi kimi münaqişənin sülh yolu ilə həll olunması tələb olunur”.
Pakistan Senatında iqtidar partiyasından olan senatorlar qrupunun rəhbəri Dr. Şahzad Vasim Azərbaycanın Qarabağ regionunda ermənilər tərəfindən törədilən və itkilərə yol açan mənfur hücumu şiddətlə qınayıb və Qarabağ məsələsində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib.
Senator Sehar Kamran bu çətin gündə Azərbaycan xalqının yanında olduğunu bildirib. Təmas xətti boyunca erməni qüvvələri tərəfindən Azərbaycanlı mülki əhalinin hədəf alınması BMT Təhlükəsizlik Şurasının qətnamələrinin və beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması olduğunu qeyd edib. Beynəlxalq sülhə və təhlükəsizliyə ciddi təsirləri ola biləcəyi üçün hər hansı bir hərbi gərginliyin qarşısının alınmasının vacib olduğunu vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Günəşin üzərində sirli maqnit toru aşkarlandı
05:00 28.10.2026
Dünya
Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
04:24 28.10.2026
Relaks
"Gizli” təzyiqinizin olduğunu necə bilməli?
03:49 28.10.2026
Sağlamlıq
İsraildə parlament seçkisinin ilkin nəticələri açıqlandı
02:18 28.10.2026
Gündəm
Tramp Venesuelanı ABŞ-nin 51-ci ştatı etməyi təklif edib
01:59 28.10.2026
Son dəqiqə
Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
01:41 28.10.2026
Şou
Tramp İrana zərbə endirməyi ən böyük qərarlarından biri adlandırıb
01:20 28.10.2026
Gündəm
Azərbaycanın dostu da parlamentə düşdü
00:58 28.10.2026
Son dəqiqə
İsraildə seçici fəallığı: 53 ildən sonra ən yüksək nəticə
00:19 28.10.2026
Gündəm
BCM yeni prokurorunu 2027-ci ilin dekabrında seçəcək
00:06 28.10.2026
Gündəm
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
23:48 27.10.2026
Cəmiyyət
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə