Pakistanlı vəkillərdən ölkəmizə dəstək
12:17 30.10.2020
Arxiv
555
Bu günlərdə Pakistanın Pəncab Vəkillər Kollegiyasının beynəlxalq əlaqəlar üzrə ofisinin rəhbəri vəkil Sahil Səcidin rəhbərliyi ilə Pakistan Vəkillər Şurasının, Pakistan Ali Məhkəmə Vəkillər Kollegiyasının, İslamabad Yüksək Məhkəmə Vəkillər Kollegiyasının, Lahor Yüksək Məhkəmə Vəkillər Kollegiyasının nümayəndələri Azərbaycan Respublikasının Pakistandakı Səfirliyində ölkəmizin Pakistandakı səfiri səfir Əli Əlizadə ilə görüşüblər.
Görüşdə iştirak edən vəkillər kollegiyalarının nümayəndələrinə sentyabr ayının 27-də Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının mülki əhalisinə qarşı törədilən cinayətlər barədə ətraflı məlumat verib, Ermənistanın mülki insanları qətlə yetirməsi, törətdikləri müharibə cinayətləri və vəhşilikləri pakistanlı vəkillər tərəfindən pislənmişdir. Həmçinin görüşdə pakistanlı vəkillər Qarabağda ölkəmiz tərəfdən döyüşdə iştirak etməyə hazır olduqlarını ifadə ediblər.
Görüş zamanı Azərbaycan Respublikasının Pakistandakı Səfiri cənab Əli Əlizadə nümayəndə heyətini Azərbaycana səfər etməyi və Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə əməkdaşlıq barədə memorandum imzalamağı təklif edib.
Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyası pakistanlı həmkarlarının bu təşəbbüsünü alqışlayır, onlara ölkəmizin haqq işində və bu çətin zamanda göstərdikləri dəstək və həmrəyliyə görə dərin minnətdarlığını bildirir.
Eyni zamanda, Azərbaycan Respublikası Vəkillər Kollegiyası pakistanlı həmkarlarını tezliklə Bakıda görməkdən və əməkdaşlıq memorandumu imzalamaqdan məmnunluq duyacağını bildirir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Reuters": Kot-d"İvuarda daşqınlar nəticəsində 59 nəfər ölüb
21:25 01.07.2026
Dünya
Samuxda yük avtomobili çaya aşdı, ölən var
21:13 01.07.2026
Dünya
İsrail ordusu HƏMAS-ın tağım komandirinin öldürüldüyünü açıqladı
21:07 01.07.2026
Dünya
Türkiyədə 5 kq partlayıcı daşıyan PUA aşkarlanıb
21:00 01.07.2026
Dünya
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə aparır - TƏHLİL
20:02 01.07.2026
Gündəm
Suriyanın ilk keçid parlamenti formalaşdırıldı
19:25 01.07.2026
Dünya
İlham Əliyevin Ursula fon der Lyayenlə geniş tərkibdə görüşü olub
19:19 01.07.2026
Rəsmi
Putinin hakimiyyətdən getməsinə 370 min dollar qoyuldu
19:12 01.07.2026
Dünya
Mirziyayev Gürcüstana gedir
18:50 01.07.2026
Region
Bolqarıstan nümayəndə heyəti ölkəmizdə səfərdədir
18:43 01.07.2026
Gündəm
Zülqədr: Xameneinin ölümündə günahkar olanlar cəzalandırılacaq
18:15 01.07.2026
Dünya