Pandemiyanın daha bir təhlükəsi ilə bağlı XƏBƏRDARLIQ

“Hazırda Ümumdünya Səhiyyə Təşkilatının koronavirusa qarşı tövsiyə etdiyi xüsusi bir dərman yoxdur”.
Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu virtual mətbuat konfransında ÜST-ün  Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib.
Onun sözlərinə görə, alınan və tövsiyə edilən dərmanların hamısı simptomatik müalicə üçündür:
“Digər normal dərmanlar barədə o qədər də məlumatlı deyiləm. Evdə müalicə alan şəxslərin həkim məsləhəti olmadan antibiotiklərdən istifadə etməsi düzgün deyil”.

“Koronavirus bitəcək, amma insanlar antibiotiklərdən çox istifadə edərsə, bunun gələcəkdə fəsadları yarana bilər”, - deyə o qeyd edib.