“Parlamentin plenar iclasları Şuşa şəhərində keçirilsin” - TƏKLİF

Milli Məclisin plenar iclaslarının işğaldan azad edilən Şuşa şəhərində keçirilməsi təklif edilib. 
Oxu.Az-ın müxbirinin məlumatına görə, bu təkliflə parlamentin bu gün keçirilən plenar iclasında deputat Elman Nəsirov çıxış edib. 
Deputat bildirib ki, müəyyən vaxtda və məqamda parlamentin iclası Şuşa şəhərində keçirilsin: 
“Bəzi qanunları və onlara dəyişiklikləri həmin iclaslarda qəbul edək”.