"O, “Qarabağ Ermənistandır” deməklə nəinki o yalanı bütün dünyaya yaydı, eyni zamanda danışıqlar prosesini mənasız etdi. Ermənistan tərəfindən qanunsuz məskunlaşdırmaların aparılması bütün beynəlxalq konvensiyalara ziddir və cinayətdir.
Paşinyan hakimiyyəti idarə etmək iqtidarında deyil
21:37 22.09.2020
Arxiv
1135
Ermənistanı postpandemiya dövründə çox ağır günlər gözləyir
Ona görə Baş nazir daxili auditoriyanı sakitləşdirmək üçün müharibə variantını qabardır
"Ermənistanın rəhbərliyi ardıcıl təxribat törətməklə danışıqlar prosesini pozur və mövcud status-kvonu dəyişməz saxlamağa cəhd göstərir. Mövcud tendensiya Azərbaycan dövlətinə vəziyyətə qarşı adekvat tədbirlər görmək üçün tam əsas yaradır".
Bu sözləri politoloq Xəyal Bəşirov deyib. Onun sözlərinə görə, Ermənistan baş nazirinin səsləndirdiyi cəfəng fikirlər danışıqlar prosesinə ciddi zərbə vurdu:
"O, “Qarabağ Ermənistandır” deməklə nəinki o yalanı bütün dünyaya yaydı, eyni zamanda danışıqlar prosesini mənasız etdi. Ermənistan tərəfindən qanunsuz məskunlaşdırmaların aparılması bütün beynəlxalq konvensiyalara ziddir və cinayətdir.
Azərbaycanın bir şərti var, onlar bizim torpaqlarımızdan qeyd-şərtsiz və tam çıxmalıdırlar. İyulda hərbi təxribat, mülki vətəndaşlara qarşı terror aktları, avqustda diversiya qrupunun göndərilməsi Ermənistan hakimiyyətinin həyata keçirdiyi siyasətin məntiqi nəticəsidir".
Politoloq bildirib ki, əgər Ermənistan öz çirkin planlarından əl çəkməsə, onun üçün nəticələr çox ağır olacaq:
"Bu gün Rusiya və digər dövlətlər tərəfindən Ermənistana müəyyən silahlar göndərilir. Təbii ki, bu da Ermənistanın müharibəyə başlamasına hazırlıq görüntüsü yaradır. Məkrli düşmənin hiyləgər tərəfi ondan ibarətdir ki, onlar məhz Azərbaycanın işğal olunmuş ərazilərində deyil, sərhəd bölgəsində bu addımları atırlar.
Bu gün baş verənlər bir daha sübut edir ki, Paşinyan hakimiyyəti idarə etmək iqtidarında deyil. Atılan bütün addımlar xalqı yalnız və yalnız aldatmağa yönəlib.
Artıq Ermənistan hakimiyyəti də yaxşı bilir ki, postpandemiya dövrünə çox pis vəziyyətdə çıxacaq. Buna görə də, Ermənistan rəhbərliyi hardasa müharibə prosesi aparmaqla, insanların diqqətini yayındırmağa çalışır və bu cür addım atmaqda da məcburdur. Bir məsələyə diqqət çəkim ki, Ermənistan rəhbərliyi əvvəllər Suriyadan, indi isə Livandan terrorçuların işğal olunmuş ərazilərdə məskunlaşdırma prosesini həyata keçirirlər. Burdan da görünür ki, düşmən çox yaxşı bilir ki, gec-tez o torpaqlar bizim olacaq.
Təbii ki, heç bir normal dövlət özünün ərazisində terrorçuları yerləşdirməsinə razı olmaz. Bu günləri qonşu dövlətlərdən onların yerləşdirilməsi ilə bağlı heç bir səs çıxmır. Hesab edirəm ki, bu terrorçular gələcəkdə digər region dövlətlər üçün də böyük təhlükələrə səbəb olacaq. Erməni xalqı öz övladlarını müharibəyə göndərməkdən imtina edirlər. Azərbaycanda isə vəziyyət tam fərqlidir. Düşünürəm ki, bu proses hər bir halda Azərbaycan xalqının xeyrinə olacaq.
Yeni Qarabağ müharibəsi Azərbaycan xalqının haqqı olan müharibədir! Bu, işğal olunmuş torpaqlarımızın geri qaytarılmasına istiqamətlənmiş bir addım olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya