Paşinyan ikili oyun oynayır
Turan
07:49 24.09.2020
Arxiv
971
Kreml öz sərhədləri yaxınlığında qaynar konflikt istəmir
"Bizim əsas işimiz bu oyunlara alət olmamaq və məqamı gələndə öz oyunumuzu qurmaqdır"
Sentyabrın 21-dən başlayaraq Rusiya Avrasiya İqtisadi İttifaqının üzv ölkələri üçün hava məkanını açsa da, bu qərar Ermənistana şamil olunmayıb. Ermənilər də buna etiraz olaraq, “Rusiyaya istəyirəm” adlı aclıq aksiyasına başlayıblar.
Etirazçılar Rusiyaya reyslərin açılmasını tələb ediblər. Ermənistan baş naziri Nikol Paşinyan qrupun nümayəndələrini qəbul etsə də, gərginlik aradan qalxmayıb. Aksiya iştirakçıları Rusiyaya gedənədək aclığın davam edəcəyini bildiriblər.
Düşmən ölkədə cərəyan edən prosesləri “Şərq”ə dəyərləndirən BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov bildirib ki, Moskvanın Ermənistana qarşı bu hərəkəti erməni tərəfinə “qulaqburması” vermək istəyidir. Amma bu, bizim fikirləşdiyimiz kimi İrəvanın Moskvanın hansısa istəyini yerinə yetirməsi üçün edilən təzyiq deyil:
“Ermənistanda baş verənlər göstərir ki, erməni tərəfi nəinki regional, hətta beynəlxalq təsirlərə malik oyunlar oynayırlar. Ermənilər Qərbin müəyyən dairələrinin təsiri ilə Rusiyanın təhlükəsizliyinə təhlükə yaradaraq, Azərbaycanın Tovuz sərhədində təxribat xarakterli hərəkətə rəvac verirlər. Rusiya öz sərhədləri yaxınlığında qaynar konflikt istəmir və hesab edir ki, bütün münaqişə ocaqları “yatmış” vəziyyətdə qalmalıdır. Bu baxımdan tez-tez Qarabağ probleminin hərbi yolla həllinin olmadığını söyləyirlər.
Ermənistanın baş naziri Paşinyan isə ikili oynayır. O, Moskvaya yaltaqlansa da, Qərbin və Avropanın müəyyən dairələrinin göstərişləri ilə hərəkət edir. Məqsəd Azərbaycanın yeni torpaqlarını işğal etməkdir. Məhz həmin dairələr də ermənilərə bunun sözünü veriblər. Qərb dairələrinin məqsədi Rusiya ətrafındakı konfliktləri qızışdırıb ruslara yenidən SSRİ-nin aqibətini yaşatmaqdır. Ermənilər isə onlar üçün ən münasib alətdir”.
Partiya təmsilçisi hesab edir ki, Rusiya ermənilərin SSRİ-nin dağılmasındakı rolunu yaxşı bilirlər:
“Kreml onu da yaxşı bilir ki, Ermənistanın üzərindən əlini çəkən kimi ermənilər dərhal Moskvanı satacaq və 102-ci hərbi bazanın çıxarılmasını tələb edəcəklər. NATO-nun əsas istəyi budur. Rusiya Ermənistana dəstək versə də, həmişə onlardan ehtiyat edib, ermənilərin əl-qol açmasına imkan yaratmayıb. Ara-sıra İrəvana müxtəlif formalı təzyiqlər edərək, Azərbaycana xoşməramlı mesajlar verir.
Ancaq reallıq odur ki, Moskva üçün nə erməni, nə də Azərbaycan dövlətinin maraqlarının bir önəmi var. Rusiya bu gün erməniyə, sabah bizə özünü yaxın göstərə bilər, amma hamısı aldadıcı manevrlərdir. Bizim əsas işimiz bu oyunlara alət olmamaq və məqamı gələndə öz oyunumuzu qurmaqdır.
Türkiyənin dəstəyi ilə torpaqlarımızı işğaldan azad etməkdir. Biz ətrafımızdakı oyunları yaxşı oxumalı, yeni dünya düzənində öz yerimizi layiqincə almalıyıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edildi
18:36 28.10.2026
Gündəm
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişib
18:17 28.10.2026
Gündəm