Paşinyan zatən oyunun qurbanıdır
01:45 24.09.2020
Arxiv
685
Qarabağ münaqişəsi ilə bağlı Ankara-Moskva danışıqları başlaya bilər
Azərbaycanın müharibə hazırlığından narahat olan Ermənistan manipulyasiya edərək hədəfi yayındırır. Ermənistan Xarici işlər naziri Z.Mnatsakanyan danışıqlara hazır olduqlarını bildirir. Lakin XİN rəhbəri “sülh”dən danışdığı halda müdafiə naziri cəbhədə təxribatları davam etdirir. Ekspertlərin fikrincə, İrəvanın məqsədi sülh danışıqlarını bərpa etmək yox, gərginliyi daha da artırmaq üçün hərbi təxribatları artırmaqdır.
Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, Azərbaycanın hazırlıqları işğalçı ölkəni yenidən danışıqlara əl atmağa sövq edir. Siyasi şərhçinin sözlərinə görə, Ermənistan tərəfi danışıqlara ona görə getmir ki, Rusiya buna imkan vermir, həmçinin Nikol Paşinyan öz hakimiyyətini itirəcəyindən qorxur:
“İşğalçı olkədə iki ildən artıqdır hakimiyyət dəyişikliyi baş versə də, İrəvan Qərbin siyasi-iqtisadi dəstəyini ala bilmir. Çünki Paşinyan Qarabağ probleminin əsirinə çevrilib və onun “demokratik inqilabı” fiaskoya uğrayıb. Ermənistan baş nazirini öz hakimiyyəti düşündürür, ona görə də Qarabağ məsələsindən bərk yapışır. Müharibə variantına əl ataraq ictimaiyyətin nəzərini cəbhəyə yönəldir”.
Analitikin fikrincə, müharibə başlayarsa, Ermənistanda siyası böhran yaranacaq:
"Rusiyaya məhz bu lazımdır ki, Ermənistanda hakimiyyətin dayaqları zəifləsin və Moskva himayə etdiyi şəxsləri iqtidara gətirə bilsin. Qarabağ məsələsində Rusiyanın geosiyasi maraqları var. Türkiyə faktoru Rusiyanın qarşısında maneədir. Müharibənin başlanması və Azərbaycanın yeni ərazilər əldə etməsi, növbəti danışıqlar raundu başlada bilər.
Bu da Ankara-Moskva arasında danışıqlar predmeti olacaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya dövlət başçısı Vladimir Putin münaqişənin həlli ilə bağlı görüşə bilərlər. Azərbaycan bu məsələdə Rusiyanın qarşısına Turkiyəni çıxarmaqla təzyiqlərdən yayınacaq.
Türkiyə qoşununun Azərbaycanda olması Rusiyanı buna məcbur edir. Moskva-Ankara danışıqlarında ciddi nəticələr əldə olunarsa, bölgədə hər iki ölkənin sülhməramlı qüvvələri yerləşdirilə bilər. Hələki, müharibə variantı gündəlikdədir. Azərbaycanın təşəbbüsü ələ almasından sonra müsbət nəticələr əldə olunacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edildi
18:36 28.10.2026
Gündəm
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişib
18:17 28.10.2026
Gündəm