PKK Qarabağda Azərbaycana qarşı necə savaşır? - FOTOLAR

Bu gün  təcavüzkar  Ermənistan  işğal altında olan Azərbaycan torpaqlarında—Dağlıq Qarabağda PKK və ASALA terror təşkilatlarının silahlı üzvlərinin Birinci Qarabağ savaşında döyüşməsi ilə bağlı kiafayət qədər faktlar var. Bu gün də  hazırda Qarabağda gedən döyüşlərdə işğalçı ölkə bu terror təşkilatları, xüsusilə də PKK-çıları bölgəyə cəmləşdirməsi davam edir.

"Sherg.az" xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətindən bildirilib. 
Məlumatda qeyd olunub ki, bu gün sosial mediada yayılan informasiya və paylaşımlarda da Dağlıq Qarabağda PKK mənzərələrini görmək olar.  Demoqrafik baxımdan tükənən və monoetnik olan Ermənistan  daim hüquqlarını pozduğu yezidi kürdlərə  və eləcə də  xaricdən PKK terrorçularına ümid bəsləyir, onlardan dəstələr yaradaraq cəbhəyə göndərir.


Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının başlamasından sonra Ermənistanda yaşayan yezidi kürdlərinin icmasının könüllülərindən  ibarət dəstə yaradılıb.  Erməni mediasının yaydığı məlumata görə, kürd əsilli deputat Rüstəm Bakoyan açıqlamasında dəstənin  Aknaliç kəndində onlara məxsus məbəddə formalaşdırıldığını açıqlamışdı. Dağlıq qarabağda separatçı rejim rəhbəri Araik Harutyunyan döyüşçülərlə  görüşlərinin birində kürdlərdən ibarət dəstə ilə görüşdüyünü etiraf etmişdi.


Zaman-zaman beynəlxalq mediada, eləcə də Türkiyə mediasında  işğal altında olan Azərbaycan ərazilərində PKK-nin düşərgələr quraraq təlim keçməsi və bunun tək Azərbaycana deyil, eyni zamanda regionun təhlükəsizliyi üçün təhdid olması gündəmə gətirilib.

Qarabağda hərbi əməliyyatların gedişində  DTX-nin işğalçı ölkə olan Ermənistanın  Suriya və İraq kimi ölkələrdən cəlb etdiyi muzdlu silahlıların  Qarabağda döyüşdüyünü sübut edən səs yazısını ictimaiyyətə təqdim etməsi  də Azərbaycanın işğal altında olan ərazilərində PKK izinin olmasına daha bir sübut hesab etmək olar.

Hazırda sosial mediada  Qarabağda cəbhə bölgəsindən paylaşılan bir sıra fotolar da PKK izinə doğru aparır.