Politoloq: “Azərbaycanın ərazilərini azad etmək hüququna sahib olduğunu erməni əsgərlər anlayırlar” - MÜSAHİBƏ
14:36 26.10.2020
Arxiv
469
“Əlbəttə ki, hazırkı şəraitdə Qarabağ münaqişəsi ilə bağlı əvvəlki razılaşmalardan,“Madrid prinsiplərindən” danışmağın bir mənası yoxdur. Azərbaycan status-kvonu dəyişdirdi, indi vəziyyət tamamilə fərqlidir. Mən Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciəti zamanı səsləndirdiyi fikirlərlə razıyam”.
Bu sözləri Q.V.Plexanov adına Rusiya İqtisad Universitetinin Siyasi elmlər və Sosiologiya kafedrasının dosenti, “Rusiya zabitləri” Ekspert Şurasının üzvü Aleksandr Perenciyev Media.Az-a öz müsahibəsində deyib.
“Güclərin tamamilə fərqli nizamı yaranıb. Azərbaycan ordusu bir sıra bölgələri azad etdi və Azərbaycan-İran sərhədində nəzarəti ələ aldı. Artıq mənim əvvəllər dəfələrlə danışdığım keçmiş formullara müraciət etməyə dəyməz. Azərbaycan əzmkarlığı ilə göstərdi ki, Ermənistan özünü məhv edən yolu tutdu. İrəvan, yeri gəlmişkən, müəyyən dərəcədə onun öz maraqlarına da cavab verən sülh nizamlanma planı ilə vaxtında razılaşsa idi, mövcud vəziyyət olmazdı”, - deyə ekspert vurğulayıb.
Həmsöhbətimizin fikrinə görə, İrəvan xəsisliyinin bəhrəsini görür.
“Artıq qan töküldü, Azərbaycan bu əraziləri əsgərlərinin, vətəndaşlarının həyatı hesabına azad etdi və sona qədər gedəcək. Ermənistanla Dağlıq Qarabağ arasındakı “Laçın dəhlizi” bağlanmaq üzrədir. Beləliklə, indi Azərbaycan tərəfinin öz ərazilərini erməni işğalçılarından tamamilə azad edilməsindən danışırıq, bəzi mütəxəssislərin təqdim etdiyi kimi Ermənistana hücumdan yox.
“İşğal altındakı Azərbaycan torpaqlarında erməni əsgərləri ölməyə davam edir. Ancaq onlar vətənləri uğrunda mübarizə aparmırlar, işğal etdikləri əraziləri qoruyub saxlamaq üçün göndəriliblər. Mənə elə gəlir ki, onlar Azərbaycanın öz ərazilərini azad etmək hüququna sahib olduğunu başa düşürlər”, - deyə politoloq A. Perenciyev bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gürcüstan və ADB arasında 250 milyon dollarlıq saziş imzalanıb
17:03 04.08.2026
Region
"Naxçıvanda minlərlə dövlət qulluqçusu artıq yükdür" - Heydər Oğuz
16:47 04.08.2026
Aktual
"Barselona" Xulian Alvaresin transferində israrlıdır
16:36 04.08.2026
Futbol
Zelenski Rusiyaya qarşı yeni əməliyyatları təsdiqləyib
16:32 04.08.2026
Dünya
Rusiyada bloger Hüseyn Həsənova 4 il qiyabi hökm oxunub
15:25 04.08.2026
Hadisə
Bəzi rayonlarda sabah qaz olmayacaq
14:44 04.08.2026
İnfrastruktur
Xəstəxanaya getmədən pulsuz tibbi xidmət almaq mümkün olacaq
14:28 04.08.2026
Sağlamlıq
Göz yaşının sirri açıqlandı: İnsan üç fərqli növ göz yaşı tökür
14:19 04.08.2026
Cəmiyyət
İranda ikibaşlı hakimiyyət özünü açıq şəkildə göstərir - ŞƏRH
13:26 04.08.2026
Gündəm
Ərdoğan YAŞ toplantısı öncəsi Anıtkabiri ziyarət etdi
12:58 04.08.2026
Gündəm
Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib
12:57 04.08.2026
Gündəm