Prezident görkəmli alimin vəfatı ilə bağlı nekroloq imzaladı
14:57 10.04.2020
Arxiv
608
Azərbaycan Prezidenti İlham Əliyev Əməkdar elm xadimi Arif İsmayılzadənin vəfatı ilə bağlı nekroloq imzalayıb.
"Sherg.az"ın məlumatına görə, nekroloqda deyilir:
“Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz vermişdir. Geologiya sahəsində tanınmış alim, Əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, geologiya-mineralogiya elmləri doktoru Arif İsmayılzadə 2020-ci il aprelin 9-da ömrünün 83-cü ilində vəfat etmişdir.
Arif Cəfər oğlu İsmayılzadə 1937-ci il avqustun 14-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1954–1959-cu illərdə Azərbaycan Sənaye İnstitutunun geoloji kəşfiyyat fakültəsində mühəndis-geoloq ixtisası üzrə ali təhsil almış, 1962–1965-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunun aspiranturasında oxumuşdur.
Əmək fəaliyyətinə 1959-cu ildən Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunda laborant kimi başlayan Arif İsmayılzadə 1965–1978-ci illərdə İnstitutun petrologiya laboratoriyasında kiçik elmi işçi və böyük elmi işçi vəzifələrində çalışmışdır. O, 1978–1982-ci illərdə Azərbaycan Elmlər Akademiyasının “Geofizika” Elmi Mərkəzinin petromaqnetizm laboratoriyasının, 1982–1998-ci illərdə Akademiyanın Geologiya İnstitutunun dərinlik maqmatik prosesləri laboratoriyasının, 1998-ci ildən Geologiya və Geofizika İnstitutunun petrologiya və metallogeniya seksiyasının rəhbəri vəzifələrində işləmiş, 2007–2013-cü illərdə isə Milli Elmlər Akademiyasının Yer Elmləri Bölməsinin akademik-katibi olmuşdur.
Arif İsmayılzadə 1968-ci ildə geologiya-mineralogiya elmləri üzrə namizədlik və 1991-ci ildə doktorluq dissertasiyaları müdafiə etmiş, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2007-ci ildə həqiqi üzvü seçilmişdir.
Akademik Arif İsmayılzadə respublikada geologiya elminin inkişafına dəyərli töhfələr vermiş alimlərdəndir. Onun aktual geoloji problemləri əhatə edən, metallogeniya və petrologiya elmləri üzrə tədqiqatlarında yerin dərinliklərində baş verən proseslərin modelləşdirilməsi və filiz-maqmatik sistemlərin formalaşma qanunauyğunluğunun öyrənilməsi aparıcı yer tutur. Bu tədqiqatlar Kiçik Qafqazın inkişafının müxtəlif mərhələlərində Yer qabığı və mantiyanın qarşılıqlı təsirinin spesifikasını müəyyənləşdirməyə və metamorfik dəyişmə ardıcıllığını üzə çıxarmağa imkan vermişdir. Arif İsmayılzadə elmi fəaliyyətində regionun geodinamikasının tədqiqinə, filiz və neftəmələgəlmə proseslərinin vəhdəti məsələlərinə də xüsusi diqqət yetirmişdir.
Arif İsmayılzadənin uzunmüddətli araşdırmalarının nəticələri 170-dən artıq elmi məqalədə, məruzə və monoqrafiyalarda dolğun əksini tapmışdır. Səkkizcildlik fundamental “Azərbaycan geologiyası” əsərinin maqmatizm, tektonika və faydalı qazıntılara dair cildləri alimin sanballı tədqiqatları sırasında mühüm əhəmiyyətə malikdir. Arif İsmayılzadə Azərbaycan elmini dünyanın müxtəlif ölkələrində beynəlxalq simpozium, konfrans və konqreslərdəki çıxışları ilə layiqincə təmsil etmişdir. Bakı Dövlət Universitetinin geologiya fakültəsinin faydalı qazıntılar kafedrasında ixtisas fənlərini tədris etmiş alimin yüksəkixtisaslı kadrların hazırlanmasında böyük əməyi vardır.
Akademik Arif İsmayılzadənin Azərbaycan elminin inkişafında xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. Alim respublikanın Əməkdar geoloqu və Əməkdar elm xadimi fəxri adlarına layiq görülmüş, müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət” ordeni ilə təltif edilmişdir.
Tanınmış tədqiqatçı alim, səmimi insan Arif Cəfər oğlu İsmayılzadənin xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin!"
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq
06:40 02.11.2026
Dünya
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media