Prezident: "Hər kəs bizim gücümüzü gördü,hər kəs bizim dəmir yumruğumuz nədir, anladı"
06:14 10.11.2020
Arxiv
416
Sentyabrın 27-də nə baş verib, onu tarixçilər deyəcək. Necə başlayıb, onu hesab edirəm ki, bir çoxları bilir.
APA xəbər verir ki, bunu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində bildirib.
Dövlətimizin başçısı deyib: “Artıq Azərbaycan xalqının səbri tükənmişdi və mən Ermənistan baş nazirinə son görüşlərdə demişdim ki, siz odla oynamayın, Azərbaycan xalqının səbri ilə oynamayın. Siz Azərbaycan xalqını tanımırsınız, siz tanıyacaqsınız bizi, amma gec olacaq. Düz yola gəlin, çıxın bu torpaqlardan, bu torpaqlar sizə mənsub deyil. Amma nə etdilər? Orada qanunsuz məskunlaşma aparmaq üçün beynəlxalq hüququ, beynəlxalq konvensiyaları, o cümlədən Cenevrə konvensiyalarını kobudcasına pozaraq nümayişkaranə şəkildə xaricdən erməniləri gətirib özü də məhz Şuşaya ki, bizi incitsin. Məhz Şuşada o dəstə başçısı hansı ki, indi deşik axtarır gizlənməyə, xunta başçısı özünə andiçmə mərasimi keçirmişdir və Ermənistan baş naziri gedib orada iştirak edib. Bu, bizə sataşmaq deyildimi? Bunun hesabını sizdən soruşan olmayacaqdımı?! Hesabını soruşduq, diz çökdürdük, diz üstə qoyduq! Onun-bunun ətəyindən yapışıb bu 40 gündən çox bir müddətdə adam qalmayıb ki, zəhləsini tökməsin, yardım istəməsin, özünü alçaltmasın. Biz alçaltmışıq onu, əcəb də etmişik. Bizim üçün müqəddəs olan Şuşa şəhərinin Cıdır düzündə sərxoş vəziyyətdə rəqs edəndə fikirləşəydi ki, bu gün gələcək, cəzasını alacaq, siçan kimi gizlənib bax bu sənədi götürüb ağlaya-ağlaya imzalayacaq. Yerini göstərdik, dərsini verdik. Qovmuşuq onları torpaqlarımızdan, iti qovan kimi qovmuşuq. Demişdim ki, qovacağıq, iti qovan kimi qovacağıq və qovmuşuq, iti qovan kimi qovmuşuq. Qorxularından indi bu sənədə imza atır, bilir ki, biz Ağdama da, Kəlbəcərə də, Laçına da gələcəyik. Heç kim bizi saxlaya bilməz. Hər kəs bizim gücümüzü gördü, hər kəs bizim dəmir yumruğumuz nədir, anladı. Ona görə qovmuşuq onları, əcəb də etmişik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Niderlandda ən gənc baş nazir and içdi
21:47 23.02.2026
Dünya
Tramp yenə hədələyib: “Ədalətsiz ölkələr daha pisini görəcək”
21:34 23.02.2026
Gündəm
Qızıl və gümüş yenə bahalaşdı
21:33 23.02.2026
İqtisadiyyat
Dövlət uşaqların himayəsini ailələrə qaytarmağa çalışır - EKSPERT
21:20 23.02.2026
Aktual
Slovakiya Ukraynaya elektrik enerjisinin verilməsini dayandırıb
21:11 23.02.2026
Dünya
Pelin 12 illik ərindən ayrılır!
21:00 23.02.2026
Şou
Trampın iqamətgahında zərərsizləşdirilən gənc rəssam imiş
20:43 23.02.2026
Dünya
Zelenski sabiq baş komandan Zalujnıya cavab verib
20:35 23.02.2026
Dünya
Müharibə qazanılmasa, təbliğat faydasızdır - EKSPERT
20:15 23.02.2026
Gündəm
“Qəlb cəbhəsi” kitabı SDU-da təqdim olunub -FOTO
19:53 23.02.2026
Ədəbiyyat
Ukrayna Müdafiə Nazirliyi səfərbərlik islahatı elan etdi
19:29 23.02.2026
Dünya
Tramp Meksikanı narkokartellərlə mübarizəni gücləndirməyə çağırıb
19:20 23.02.2026
Dünya
Mingəçevirdə ər arvadını bıçaqlayıb
19:12 23.02.2026
Hadisə
Aİ Trampın yeni "qlobal tarif"ini tənqid etdi
18:56 23.02.2026
Dünya
ABŞ səfirliyi Livandakı əməkdaşlarını təxliyə edir
18:33 23.02.2026
Dünya