Prezident Milli Qəhrəmanın adını daşıyan məktəbin açılışında - YENİLƏNİB
10:35 14.09.2020
Arxiv
425
Azərbaycan Prezidenti İlham Əliyev Bakının Suraxanı rayonunun Əmircan qəsəbəsində Milli Qəhrəman Albert Aqarunovun adını daşıyan 154 nömrəli məktəbin yeni binasının açılışında iştirak edib.
"Sherg.az"ın xəbərinə görə, dövlət başçısı Milli Qəhrəman, cəsur tankçı Albert Aqarunovun məktəbin həyətindəki büstünün önünə gül dəstəsi qoyub.
Məktəbdə yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyevə bu təhsil ocağı haqqında məlumat verilib.
Bildirilib ki, məktəbin əvvəlki binası 1936-cı ildə inşa edilmişdi. Məktəbin 460 şagird yerlik binasında 22 sinif otağı var idi. Məktəbin binası yararsız vəziyyətdə olduğundan sökülərək yerində 58 sinif otağından ibarət 960 şagird yerlik müasir bina inşa olunub və yeni dərs ilində şagirdlərin istifadəsinə veriləcək.
Məktəbdə tikinti işləri 2019-cu ilin aprelində başlayıb və bu ilin avqust ayında başa çatdırılıb. Yeni binada sinif otaqları ilə yanaşı, kimya, fizika laboratoriyaları, informatika kabineti, kitabxana, bufet və idman zalı var. Yeni təhsil ocağında şagirdlərin təlim-tərbiyəsi ilə 52 nəfərdən ibarət pedaqoji heyət məşğul olacaq. Sinif otaqları və laboratoriyalar müasir zəruri avadanlıqlarla təchiz olunub. Məktəbin həyətində geniş abadlıq işləri aparılıb.
Qeyd edək ki, bu təhsil ocağının şərəfli həyat yolu hər bir məktəbli üçün nümunə olan Albert Aqarunovun adını daşıması gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi işində mühüm rola malikdir.
***
13:25
Azərbaycan Prezidenti İlham Əliyev Bakının Suraxanı rayonunun Əmircan qəsəbəsində Milli Qəhrəman Albert Aqarunovun adını daşıyan 154 nömrəli məktəbin yeni binasının açılışında iştirak edib.
"Sherg.az" xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Akın Gürlek: Terror probleminin sona çatmasına az qalıb
02:12 08.08.2026
Region
Ebola virusuna yoluxanların sayı 4000-i keçib
01:40 08.08.2026
Sağlamlıq
Maskdan Ukraynaya pis xəbər: İcazə verilmədi...
01:21 08.08.2026
Dünya
Pezeşkian: Qonşularla münasibətlərdə bir çox problemi həll etmişik
00:57 08.08.2026
Region
Fövqəladə vəziyyət: Seutaya növbəti kütləvi miqrant axını...
22:40 07.08.2026
Dünya
Zelenski ilk dəfə Serbiyaya səfər edib
22:02 07.08.2026
Dünya
ABŞ Senatı Rusiya və İrana qarşı sanksiyaları təsdiqləyib
21:47 07.08.2026
Dünya
Bessent İranla 60 günlük atəşkəs imkanını istisna etməyib
21:35 07.08.2026
Dünya
"Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi
20:51 07.08.2026
Futbol
Barış Mançonun müəllif hüquqları məhkəməyə daşındı
20:50 07.08.2026
Mədəniyyət
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region
ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir
20:10 07.08.2026
Dünya