Prezidentdən mesaj: “Digər bir dilin Azərbaycanda rəsmi statusu ola bilməz”
09:47 26.02.2021
Arxiv
428
“Qarabağda rəsmi dil məsələsi bir manipulyasiya növüdür. Azərbaycanın o bölgəsində qeyri-qanuni olaraq özlərini rəhbər adlandıranların manipulyasiyasıdır”.
"Sherg.az"ın məlumatına görə, bunu Prezident İlham Əliyev keçirdiyi onlayn mətbuat konfransında Qarabağda rus dilinin rəsmi dil elan olunması iddiaları ilə bağlı suala cavab verərkən deyib.
Prezident ironiya ilə qeyd edib ki, Qarabağdakı qeyri-qanuni şəxslər suahili dilini də Qarabağın rəsmi dili elan edə bilərlər.
“Bunun heç bir təsiri və nəticəsi ola bilməz. Dağlıq Qarabağ mövcud deyil, hər kəs oranı Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Düşünürəm ki, bu, cinayətkar xunta rejiminin son nəfəsidir, cəhdidir ki, guya onlar dövlətdirlər”, - deyən Prezident vurğulayıb ki, Azərbaycanda yeganə rəsmi dil Azərbaycan dilidir.
İlham Əliyev onu da qeyd edib ki, Azərbaycan heç bir dilə qarşı məhdudiyyət qoymur:
“Bu gün Sovet dövründən fərqli olaraq Azərbaycanda rus dilində daha çox qəzet var. Rus dilində internet saytları fəaliyyət göstərir. 340-a yaxın rus bölməli məktəblərimiz var, Ermənistanda isə bu rəqəm sıfırdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi dünya çempionatlarının bombardiri adını ələ keçirib
23:06 22.06.2026
Futbol
İran və Türkiyə prezidentləri arasında telefon danışığı olub
22:47 22.06.2026
Region
“Bölgələrdə gender problemlərinin təhlili” layihəsi davam edir
22:25 22.06.2026
Ölkə
Türkiyədən Qara dənizdə vurulan gəmi ilə bağlı bəyanat
22:04 22.06.2026
Gündəm
Ceyhun Bayramov türkmənistanlı həmkarı ilə görüşüb
21:29 22.06.2026
Siyasət
Böyük Britaniyada siyasi ZƏLZƏLƏ: 10 ildə 6 baş nazir getdi
21:01 22.06.2026
Gündəm
Putin və Lukaşenko Zelenskinin təhdidlərini müzakirə edəcəklər
20:30 22.06.2026
Region
İranın danışıqlar heyəti Omana səfər edib
20:23 22.06.2026
Cənubi Qafqaz
Pezeşkiandan İran millisinin bərabərliyinə reaksiya
20:15 22.06.2026
Gündəm
ABŞ dövlət katibi Körfəz ölkələrinə səfər edəcək
20:08 22.06.2026
Dünya
Paşinyan Azərbaycanla sərhəddə qışqırıb bu sözləri dedi
20:00 22.06.2026
Cənubi Qafqaz
Ağdamda qazıntı zamanı skelet qalıqları aşkar edilib
19:53 22.06.2026
Hadisə
Qazaxıstan Prezidenti Brüsselə rəsmi səfərə gedib
19:36 22.06.2026
Dünya
Almaniya pensiya yaşını artırmağı planlaşdırır
18:35 22.06.2026
Dünya