Prezidentdən müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
13:59 26.08.2020
Arxiv
514
Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, 2002-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1985–2001-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2020-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2020-ci il oktyabrın 1-dən 30-dək ehtiyata buraxılırlar.
Nazirlər Kabineti sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görməlidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mark Rutte: Transatlantik hərbi-sənaye inqilabının ərəfəsindəyik
15:03 07.07.2026
Gündəm
Trampın təyyarəsi Ankaraya enib
14:43 07.07.2026
Gündəm
Milli Məclisin növbəti iclasının tarixi açıqlanıb
13:54 07.07.2026
Gündəm
Ukrayna Rusiyanın 8 tankerini vurdu
13:49 07.07.2026
Dünya
Ekoloji izi azaldan təlim: “Yaşıl Yol Xəritəsi” Gəncədə
13:44 07.07.2026
Ölkə
Türkiyənin hərbi üstünlüyünün sirri... - Gülər
13:32 07.07.2026
Gündəm
Buna görə cərimələr müəyyənləşir
13:28 07.07.2026
Gündəm
Pensiyalar nə vaxt veriləcək?
12:26 07.07.2026
Sosial
Ankarada 36-cı NATO Sammiti başlayıb - FOTO
12:12 07.07.2026
Gündəm
Mərdəkanda dənizdə nəzarətsiz ərazidə 16 yaşlı oğlan batıb
12:06 07.07.2026
Hadisə
Müəllimlərin geyimi ilə bağlı qanun qəbul edildi
11:59 07.07.2026
Aktual
Abşeronda silah-sursat tapıldı - VİDEO
11:49 07.07.2026
Hadisə
Şavkat Mirziyoyev İordaniya XİN başçısını qəbul etdi
11:34 07.07.2026
Dünya
Baş nazir İstanbulda turist oldu: Tarixi məkanları ziyarət edib
11:34 07.07.2026
Gündəm