Putin Lukaşenkonu seçkilərin qalibi kimi tanıdıqlarını bildirib

Rusiya Belarusda keçirilən prezident seçkilərinin legitimliyini tanıyır"
Rusiya Belarusda keçirilən prezident seçkilərinin legitimliyini və Aleksandr Lukaşenkonu isə seçkilərin qalibi kimi tanıyır.
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib.
Rusiya Federasiyasının Prezidenti qeyd edib ki, ATƏT DTİHB-nin Belarusdakı seçkilərə gəlməkdən imtina etməsi təşkilatın mövqeyinin əvvəlcədən hazırlandığından şübhələnməyə əsas verir.