"Qadın düşkünüyəm"

Dünyanın ən böyük cinayətkarı həbsxanada danışıb

Dünyanın ən məşhur cinayətkarı sayılan  "El Çapo-Squirt" ləqəbli Joaquin Quzman haqqında tanınmış kriminalist Monica Ramirez Cano həbsxanada reportaj hazırlayıb. 
"Sherg.az" xarici mətbuata istinadən xəbər verir ki, keçmişdə Meksikanın ən məşhur narkotik baronları barədə reportaj hazırlayan Ramirez Cano 2016-cı ildə Quzman ilə söhbət aparıb. O, baş tutan müsahibənin müəyyən bir hissəsini bu yaxınlarda sosial media şəbəkəsində paylaşıb. Kriminalist müsahibə zamanı cinayətkara bir çox suallar ünvanlayır. Ən diqqət çəkən suallar  Joaquinın həyatda ən çox nəyi sevdiyi, nəyə aludə olduğu ilə bağlı olub. Peşəkar cinayətkarın verdiyi cavab isə sadə olub: "Heç bir şey, yalnız qadınlardır". 

Reportajda 63 yaşlı narkobaronun dörd dəfə evli olduğu bildirilib. Həmçinin jurnalistlə söhbət əsnasında El Çapo ən pis cinayət hesab olunan qaçırma taktikasına necə müqavimət göstərdiyini də izah edib.

O, insanların narkotik istifadə etmələrinin səbəbini isə "sadəcə bunu etmək istəmələri" ilə əlaqələndirib. Koloradoda yüksək təhlükəsizlik həbsxanasında ömürlük həbs cəzası çəkən cinayətkarın kartel lideri olaraq 12,6 milyard dollar qazandığı təxmin edilir.

Kriminalist Ramirez  cinayətkar haqqında danışarkən onun barəsində bunları deyib:

"Hörmətli bir insandır. Ədəb qaydalarına çox diqqət yetirir, səmimi, mehribandır. Ancaq etibar qurduğunuz zaman onunla fövqəladə bir şəkildə danışa bilərsiniz. Bu da onun ağlının necə işlədiyini anlamağa imkan verir.

O bir psixopat deyil. Heyranlıq, özünəməxsus və xüsusi hiss etmək ehtiyacı əks olunan psixopatik və narsisistik xüsusiyyətlərə sahibdir. Bu çox vacib bir strateji qabiliyyətdir.

Təxminən bir şahmat oyununda olduğu kimi kimləri doğru yerə qoyacağını, kimləri çıxardacağını və daşlarını necə hərəkət etdirəcəyini çox yaxşı bilir".