"Qarabağ" ilk "100-lük"də...






Dünən Avropa Liqasının qrup mərhələsinin IV turunda PAOK-u 1:0 hesabı ilə məğlub edən "Qarabağ"ın UEFA klubların reytinq cədvəlində mövqeyi dəyişib.
Klubun rəsmi "Facebook" səhifəsinin yaydığı xəbərə görə, Ağdam təmsilçisi 13 pillə irəliləyərək 18.050 xalla 99-cu yerdə qərarlaşıb.

"Qarabağ" bununla da ilk "100-lük"də qərarlaşan ilk Azərbaycan klubu olub.